Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5051/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 may 2023-cü il tarixli MŞM/8/2023- 00722 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 20 may 2023-cü il tarixli MŞM/8/2023-00722 nömrəli barışıq sazişinə əsasən 17 oktyabr 2008-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 01 may 2023-cü il tarixdən etibarən hər ayın 25-dək 220 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin bugünə kimi heç bir ödəniş edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs birgə nikah münasibətlərindən 17 oktyabr 2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 20 may 2023-cü il tarixli, MŞM/8/2023-00722 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gələn 17 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs 01 may 2023-cü il tarixdən etibarən hər ayın 25-dək 220 manat məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bak hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. Birinci tərəf Ərizəçi birgə nikahlarından dünyaya gələn 17 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödəniləcək aliment məbləğinin miqdarı, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ikinci tərəf Maraqlı şəxs tərəfindən mübahisəsiz qaydada dəyişikliyə əsasən (təsdiq ediləcək məbləğdə) aparacağına dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu, mübahisənin məhkəmədənkənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu və ikinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda birinci tərəf aiddiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş 17 oktyabr 2008-ci il təvəllüdlü X2 anası Ərizəçi himayəsində yaşayır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs hər ay 220 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 20 may 2023-cü il tarixli, MŞM/8/2023-00722 nömrəli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 20 may 2023-cü il tarixli, MŞM/8/2023- 00722 nömrəli Barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər: Ərizəçi və Maraqlı şəxs birgə nikahlarından dünyaya gələn 17 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs 01 may 2023-cü il tarixdən etibarən hər ayın 25-dək 220 manat məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır.
2. Birinci tərəf Ərizəçi birgə nikahlarından dünyaya gələn 17 oktyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödəniləcək aliment məbləğinin miqdarı, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ikinci tərəf Maraqlı şəxs tərəfindən mübahisəsiz qaydada dəyişikliyə əsasən (təsdiq ediləcək məbləğdə) aparacağına dair üzərinə götürdüyü öhdəliklə razıdır.
Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygün Həsənova