Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5062/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Bakı 9 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin Maraqlı şəxs ilə aralarında olan nikahı məhkəmə qaydasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 3259/2025 saylı qətnaməsinə əsasən pozulub. Maraqlı şəxs ilə aralarında olan birgə nikahdan 2 (iki) uşaqları doğulub. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən övladları X2 (xx.xx.2021-ci ildə doğulub) ikinci tərəfin (onun), digər övladları, X1 (xx.xx.2024-ci ildə doğulub) birinci tərəfin (ananın) yanında qalması, tərəflər uşaqları ilə ünsiyyət saxlamaları, birinci tərəf Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-3259/2025 saylı qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etməsi və tərəflərin bir-birindən aliment tələb etməyəcəkləri razılaşdırılıb. Qeyd edilənlərə baxmayaraq birinci tərəf, yəni Maraqlı şəxs barışıq sazişinə əməl etmir və könüllü şəkildə icra etmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, saziş icra olunur. Lakin, buna baxmayaraq o sazişin şərtlərinin qətnamədə əks olunması məqsədilə sazişin məhkəmə tərəfindən təsdiq olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də məhkəmə iclas zalında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki-Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunun tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin könüllü icra olunmaması və ya icrasında imtina hallarında şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Barışıq sazişinin icra olunmaması və ya icrasından imtina halları olmadıqda, mediasiya prosesi nəticəsində tərəflərin öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyi eyni məsələ ilə bağlı yenidən məhkəməyə müraciətin olunması Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən istisna edilir. Həmin müddəada göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinin pozulduğu halda, yəni əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün Mülki Prosessual Məcəllənin 40-7-ci fəslinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1., 263, 264 və 355-23.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5062/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5062/2025
11.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver