Məhkəmə qərarları › İş №2(011)-5068/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5068/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5068/2021 06.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı – İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 06.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 34735,55 manat əsas borc, 26658,19 manat faiz borcu olmaqla, cəmi 61393,74 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 5 saylı mənzilin hərracdan satışından əldə olunan vəsaiti hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilinə yönəldikdə və o, satıldıqdan sonra 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 06 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “9 saylı” Filialından illik 25 %-lə 36 ay müddətinə 25000 ABŞ Dolları məbləğində kredit götürmüşdü. Həmin tarixli zaminlik müqaviləsinə əsasən borcun təminatı olaraq Cavabdeh2 yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə zamin durmuşdur. 06 yanvar 2017-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 22383,07 ABŞ X3 06.01.2017-ci il tarixə olan məzənnəsi ilə konvertasiya edilməklə 39712.04 manat təşkil etmişdir. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 43.8 kv.m ümumi, 28 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 5 saylı mənzili 06 avqust 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 06 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 08-dək Cavabdeh1 2015-ci il 06 avqust tarixli kredit müqaviləsi üzrə banka 34735,55 manat əsas borc, 26658,19 manat faiz borcu olmaqla ümumilikdə cəmi 61393,74 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2015-ci il 06 avqust tarixli kredit müqaviləsi üzrə banka 34685,55 AZN əsas, 32066,46 AZN faiz və 282,67 AZN cərimə olmaqla, cəmi 67034,68 AZN məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 43.8 kv.m ümumi, 28 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 5 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 43.8 kv.m ümumi, 28 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 5 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 41.98 kv.m ümumi, 28.08 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 4 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 41.98 kv.m ümumi, 28.08 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 4 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 43.8 kv.m ümumi, 28 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 5 saylı və ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 41.98 kv.m ümumi, 28.08 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 4 saylı mənzilinə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 43.8 kv.m ümumi, 28 kv.m yaşayış, 15.8 kv.m yardımçı sahədən ibarət 5 saylı və ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 41.98 kv.m ümumi, 28.08 kv.m yaşayış, 13.9 kv.m yardımçı sahədən ibarət 4 saylı mənzillərinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzillərdən çıxarılmaları, həmin mənzillərin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 06 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 (borcalan) ilə "xxxx" İKB ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli, 21-Z1G2-2-0-339-15 nömrəli “Kredit müqaviləsi”-nə əsasən bank borcluya 25000 ABŞ dolları məbləğində krediti illik 25 faizlə 36 ay müddətinə mülkiyyətinə verir, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 06.08.2018-ci il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh2 (zamin) ilə "xxxx" İKB ASC arasında bağlanmış 06.08.2015-ci il tarixli 21- Z1G2-2-0-339-15 nömrəli Zaminlik müqaviləsinə əsasən zamin borclu X1 06.08.2015-ci il tarixli, 21-Z1G2-2-0-339-15 nömrəli Kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Cavabdeh1 (borcalan) ilə "xxxx" İKB ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli, 21-Z1G2-2-0-339-15 nömrəli “Kredit müqaviləsi”-nə 06.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən tərəflər razılaşmışdır ki, kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 22383,07 USD Mərkəzi Bankın 06.01.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 39712,04 AZN təşkil edir. Kredit müqaviləsində qeyd edilmiş “36 ay” sözləri “83 ay” sözləri ilə, müqavilənin 1.10-cü bəndində qeyd edilmiş “USD” sözləri “AZN” sözləri ilə, müqavilənin 1.11-ci bəndində qeyd edilmiş “25% FİFD 25,758%” sözləri “24%, FİFD 24%” sözləri ilə əvəz edilir. Cavabdeh1 (borcalan) ilə "xxxx" İKB ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli, 21-Z1G2-2-0-339-15 nömrəli “İpoteka müqaviləsi”-nə 06.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən tərəflər razılaşmışdır ki, müqavilənin 3.2-ci bəndində qeyd edilmiş 25% sözləri ilə və 25000 USD sözləri kredit müqaviləsinə edilmiş 06.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 39712,04 AZN sözləri ilə əvəz edilsin, bu müqavilənin 3.3-cü bəndində qeyd edilmiş 06.08.2018 tarixinədək sözləri 06.05.2022 tarixinədək sözləri ilə əvəz edilsin. Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) ilə "xxxx" İKB ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli, 21-Z1G2-2-0-339-15 nömrəli “Zaminlik müqaviləsi”-nə 06.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən tərəflər razılaşmışdır ki, kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 22383,07 USD Mərkəzi Bankın 06.01.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 39712,04 AZN təşkil edir. Kredit müqaviləsində qeyd edilmiş “36 ay” sözləri “83 ay” sözləri ilə, müqavilənin 1.10-cü bəndində qeyd edilmiş “USD” sözləri “AZN” sözləri ilə, müqavilənin 1.11-ci bəndində qeyd edilmiş “25%” sözləri “24%” sözləri ilə, bu müqavilənin 1.3.6-cı bəndində qeyd edilmiş 06.08.2018 tarixinədək sözləri 06.05.2022 tarixinədək sözləri ilə əvəz edilir. Cavabdeh1 (borcalan) ilə "xxxx" İKB ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli, 21-Z1G2-2-0-339-15 nömrəli “Girov müqaviləsi”-nə 06.01.2017-ci il tarixli Əlavə Sazişə əsasən tərəflər razılaşmışdır ki, kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 22383,07 USD Mərkəzi Bankın 06.01.2017-ci il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 39712,04 AZN təşkil edir. Kredit müqaviləsində qeyd edilmiş “36 ay” sözləri “83 ay” sözləri ilə, müqavilənin 1.10-cü bəndində qeyd edilmiş “USD” sözləri “AZN” sözləri ilə, müqavilənin 1.11-ci bəndində qeyd edilmiş “25% FİFD 25,758%” sözləri “24%, FİFD 24%” sözləri ilə əvəz edilir. İpoteka saxlayan İddiaçı ASC ilə ipotekaqoyan və borclu Cavabdeh1 arasında bağlanılmış və notarial təsdiq edilmiş 06.08.2015-ci il tarixli “İpoteka müqaviləsi”-nə əsasən ipoteka qoyan borcalan və ipotekasaxlayan arasında bağlanılmış 06.08.2015-ci il tarixli 21- Z1G2-2-0-339-15 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzili ipoteka saxlayana ipoteka qoyur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir və İddiaçı ASC xeyrinə yüklü edilmişdir. İpoteka saxlayan İddiaçı ASC ilə ipotekaqoyan Cavabdeh1 və borclu Cavabdeh1 arasında bağlanılmış və notarial təsdiq edilmiş 06.08.2015-ci il tarixli “İpoteka müqaviləsi”-nə əsasən ipoteka qoyan borcalan və ipotekasaxlayan arasında bağlanılmış 06.08.2015-ci il tarixli 21-Z1G2-2-0-339-15 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzili ipoteka saxlayana ipoteka qoyur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir və İddiaçı ASC xeyrinə yüklü edilmişdir. Cavabdeh1 06.08.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzili əldə edərkən rəsmi nikahda olmamışdır. Borc haqqında 02.12.2021-ci il tarixli arayışa əsasən Cavabdeh1 02.12.2021-ci il tarixə banka əsas borcu məbləği 34685,55 manat, faiz borcu 32066,46 manat, dəbbə borcu 282,67 manat, cəmi borc 67034,68 manat təşkil edir. İddiaçı ASC cavabdehlərə kredit borcunun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarından görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin ərizə Reyestr Xidmətində qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/5504 saylı, 21.09.2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 06.01.2017-ci il tarixə əsas borc üzrə 22273,47 ABŞ dolları, faiz borcu üzrə 613,04 ABŞ dolları,08.04.2021-ci il tarixə əsas borc üzrə 34784,06 manat, faiz borcu üzrə 26670,30 manat məbləğində müəyyən olunur. Qeyd edilən ekspertizanın dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilinin 14.10.2021-ci il tarixə olan bazar dəyəri 48.000 manat, likvid dəyəri isə 41.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzilinin 19.11.2021-ci il tarixə olan bazar dəyəri 47.000 manat, likvid dəyəri isə 40.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 282,67 manat məbləğində cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsi və ipotekanın açıq hərracdan satılması və borcun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin redaksiyasına əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının vaxtında icra edilməməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olsa belə, iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi tələbi ilə müraciət edildiyindən, bununla da ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyləri əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilin ilkin satış qiyməti 41000 (qırx bir min) manat məbləğində, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddianın Cavabdeh1 məxsus olan ünvan 1, mənzil 5 və ünvan 1 mənzil 4-ə tutma yönəldikdə və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin həmin mənzillərə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzillərdən çıxarılmaları, həmin mənzillərin boşaldılması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, mübahisəli əmlak(lar)ı ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin mənzili tərk etmək öhdəliyi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqa əmələ gəlir. Bundan sonra mübahisəli əmlak(lar) ipotela qoyanın mülkiyyətindən çıxaraq əmlakı əldə edən şəxsin mülkiyyətinə daxil olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxaraq, həmin mənzili Banka təhvil verilməsini tələb etmək hüququ yoxdur. Odur ki, ilkin iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və İddiaçı ASC arasında bağlanılmış 06.08.2015-ci il tarixli 21-ZİG2-2-0- 339-15 nömrəli Kredit müqaviləsi” ləğv edilsin. 06.08.2015-ci il tarixli 21-ZİG2-2-0-339-15 nömrəli Kredit müqaviləsi üzrə 34685,55 (otuz dörd min altı yüz səksən beş manat əlli beş qəpik) manat əsas borc, 32066,46 (otuz iki min altmış altı manat qırx altı qəpik) manat faiz borcu, 282,67 (iki yüz səksən iki manat altmış yeddi qəpik) manat dəbbə borcu, ümumilikdə 67034,68 (altmış yeddi min otuz dörd manat altmış səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilə və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilin ilkin satış qiyməti 41000 (qırx bir min) manat məbləğində, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsində yerləşən 3 saylı evin 4 saylı mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzillərin satılmasından əldə edilən vəsaitdən 34685,55 (otuz dörd min altı yüz səksən beş manat əlli beş qəpik) manat əsas borc, 32066,46 (otuz iki min altmış altı manat qırx altı qəpik) manat faiz borcu, 282,67 (iki yüz səksən iki manat altmış yeddi qəpik) manat dəbbə borcu, ümumilikdə 67034,68 (altmış yeddi min otuz dörd manat altmış səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqı İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar