Məhkəmə qərarları › İş №2(011)-5096/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5096/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5096/2024 22.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X6 xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atası ilə əlaqələri olmadığından onun harada dəfn olunduğu barədə məlumatı yoxdur. Hal-hazırda vərəsəliyin müəyyənləşdirilməsi üçün atası X1 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Ölüm haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum atası X1 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.1938-ci il tarixdə doğulmuş atası X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan AZE seriyalı, 08045138 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 18 oktyabr 1938-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli 144 №-li məktubdan görünür ki, mərhum X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında yerləşən Kimsəsizlər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Vİİ-ЖГ seriyalı, 317732 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1980-ci il tarixdə anadan olmuşdur, atası X2, anası isə X3r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi 14 may 2024-cü il tarixli 3-16-15-701-2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X12 6 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 17 may 2024-cü il tarixli 18-1-1-40/2-67/2024 nömrəli məktubdan görünür ki, Baş həkim H.F.Həsənovun məlumatına əsasən ünvan 2 ünvanında yaşayan xx.xx.1938-ci il təvəllüdlü X1 6 nömrəli şəhər poliklinikasına müraciəti olmadığı üçün ölüm haqqında sənədin (f-a-106) verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 18 oktyabr 1938-ci il təvəllüdlü X1 14 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar və şahid ifadələri vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 oktyabr 1938-ci il təvəllüdlü X1 14 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar