Məhkəmə qərarları › İş №2(011)-5124/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5124/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5124/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Kəlbəcər rayon, Qılışlı kəndində anadan olmuş, 27 aprel 2016-cı il tarixdə ünvan 1 ünvanda ev şəraitində vəfat etmiş atası 1922-ci il təvəllüdlü X1 ölümünün qeyd olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası 1922-ci il təvəllüdlü X6 ünvan 2 ünvanında ərizəçi ilə birlikdə yaşamışdır və 27 aprel 2016-cı il tarixində ev şəraitində vəfat etmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasının 7 saylı həkim birqadası ölüm haqqında xəbərdarlıq vərəqi vermişdir. Ərizəçi yaxın qohumları ilə atası Əziz Bayramovu dəfn etmişlər. Ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizəçinin müraciətinə ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verməkdən imtina verlmişdir. Səbəb kimi gec müraciət etdiyi qeyd edilmişdir. Daha sonra iddiaçı Ərizəçi iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, 27 aprel 2016-cı il tarixdə vəfat etmiş atası 1923-cü il təvəllüdlü X2 ölüm faktının müəyyən edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçinin qonşusudur. O, ərizəçinin atası Əziz Bayramovun dəfn mərasimində iştirak etmişdir. Mərhumun təqribi 2016-cı ildə vəfat etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. O, ərizəçinin atası Əziz Bayramovun dəfn mərasimində iştirak etmişdir. Mərhumun 2016-cı ildə vəfat etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X12 4 nömrəli şəhər poliklinikasının 13 may 2024-cü il tarixli arayışından görünür ki, X2 ölüm hadisəsindən 8 il keçdiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.2016-cı il tarixində rəhmətə getmişdir, Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X4 Stansiyasının xx.xx.2016-cı il tarixdə saat 18:31-da tərtib edilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, Ərizəçi həmin tarixdə həkiməqədər ölmüşdür. Ölümün ilkin səbəbi “uzun müddət insult keçirilməsi, yataq xəstəsi olması”dır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 13 may 2024-cü il tarixli məktubundan görünür ki, ölümhaqqında tibbi şəhadətnamənin təqdim edilmədiyindən və Azərbaycan Respublikası Sahiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atasının - X2 - ölümünə dair məlumatlar aşkar edlmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçinın atası X2 xx.xx.2016-cı il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, XX.XX.1922-ci il təvəllüdlü X2 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. XX.XX.1922-ci il təvəllüdlü X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar