Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5165/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı xx.xx.1975-ci il təvəllüdlü X8 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq qardaşı xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X13 xx.xx.1975-ci ildə Bakı şəhəri Şaumiyan rayonunda (indiki Xətai rayonu) anadan olmuşdur. O, 1976-cı ildə vəfat etmişdir. xx.xx.2024 cü-il tarixdə vəfat etmiş X1 miras qalan mənzilə və digər əmlaklara dair zəruri sənədləşmələrin aparılması üçün X3 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bunun üçün də xx.xx.2025-ci il tarixdə ölüm haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə 6 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli məktubla ölüm laqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi isə ölüm faktının məhkəmə tərəfindən təsdiqlənməli olduğu bildirilmişdir. X3 1976-cı ildə vəfat eməsini şahid ifadələrilə sübut etmək mümkündür. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, mərhum qardaşı Bakı şəhərində vəfat etmişdir. Anası və atası vəfat etmişdir. X1 miras qalan mənzilə və digər əmlaklara dair zəruri sənədləşmələrin aparılması üçün X3 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: 348337 saylı, xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Bakı şəhəri Şaumyan rayonunda (indiki Xətai rayonu) anadan olmuş, ana adı X4, ata adı qrafasında X7 qeyd edilmişdir. 276880 saylı, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ana adı qrafasında X5, ata adı qrafasında X7 qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Namiq Kərimovun doğumunun xx.xx.1976-cı ildə Xətai rayon qeydiyyat şöbəsində qeydə alındığı, atasının 1942-ci il təvəllüdlü X7, anasının isə xx.xx.1955-ci i təvəllüdlü X5 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-38/-33/2-2687/25 saylı məlumatdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X8 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. 24970 saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, mərhum onun qardaşıdır, xəstəxanada müalicə almışdır lakin 9 aylıq olanda evdə Bakı şəhərində vəfat etmişdir. Valideynləri o, körpə olduğuna görə ölüm haqqında şəhadətnamə almağı unutmuşdur. Evdə, Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, mərhum onun qardaşıdır. Xəstəlikdən əziyyət çəkmiş, müalicə olunmuşdur. Bakı şəhərində vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5165/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5165/2025
07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver