Məhkəmə qərarları › İş №2(011)-5190/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5190/2025

10.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5190/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3434983Nümayəndə, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00231 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixində Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 811№ nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3174/2025 qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Nikahlarının pozulması məqsədilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə aralarında xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00231 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən: 1. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi qızı ilə xx.xx.2014-cü il tarixində, Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağladıqları, 811 sayı ilə qeydə alınan nikahlarını məhkəmədə 3 ay barışıq müddəti vermədən pozulması barədə razılaşdılar, 2. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi qızı ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər 2-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşdılar.Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi qızı ilə 08 oktyabr 2024-cü il tarixli, MŞB/13/2024- 01503 nömrəli bağlanmış barışıq sazişinin qüvvədən düşməsi barədə razılaşdılar, 3. 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 20-25-i aralığında əmək haqqının 1/3-i miqdarında aliment məbləğinin 1-ci tərəf Maraqlı şəxs əmək haqqından tutularaq 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar. Ərizəçinin nümayəndəsi https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3434983Nümayəndə məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə qarşı tərəf prosedur qaydalarına uyğun olaraq mediasiyaya müraciət etdilər, daha sonra orada barışıq sazişi bağlandı və qeyd olunmuşdur ki, əmək haqqının 1/3 hissəsində aliment ödəniləcəkdir. Cavabdeh aliment ödəyir lakin son ayda gecikmə olmuşdur. Aliment üçün əlavə mübahisənin yaşanılmasını istəmir. Qarşı tərəflə artıq ayrılmışdır, aliment birbaşa maaşdan tutulacağı təqdirdə onlar arasında artıq mübahisə də yaranmayacaqdır. Ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, alimetin ödənilməsində 10 gündən az müddətdə 1 dəfə olmaqla gecikmə olmuşdur. Maaş köçdükdən sonra 1 saat ərzində aliment ödənilmişdir. Alimenti öz uşaqlarına verir, başqa bir gecikmə olmamışdır. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00231 saylı, 13 saylı mediasiya təşkilatında bağlanmış barışıq sazişindən görünür ki: 1. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə 12 Sentyabr 2014-cü il tarixində, Bakı şəhəri Binəqədi rayon qeydiyat şöbəsində bağladıqları, 811 sayı ilə qeydə alınan nikahlarını məhkəmədə 3 ay barışıq müddəti vermədən pozulması barədə razılaşdılar. 2. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər 2-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılmasına razılaşdılar. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə 08 Oktyabr 2024-cü il tarixli, MŞB/13/2024-01503 nömrəli bağlanmış Barışıq sazişinin qüvvədən düşməsi barədə razılaşdılar. 3. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 20-25-i aralığında əmək haqqının 1/3-i miqdarında aliment məbləğinin 1-ci tərəf Maraqlı şəxs əmək haqqından tutularaq 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3174/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixində Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində bağlanmış və bu barədə 811 № ilə akt qeydi edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 anaları Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində barışıq sazişi imzalanmışdır. Barışıq sazişində qeyd olunan 1-ci və 2-ci şərtlər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3174/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə artıq icra edilmişdir. Lakin, Maraqlı şəxs saziş üzrə alimentə dair öhdəliklərini lazımınca yerinə yetirməmiş, sazişdə qeyd olunan Ərizəçi ilə faktiki nikah münasibətlərindən dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün birinci tərəf Ərizəçi hər ayın 20-dən 25-dək əmək haqqının 1/3-i miqdarında alimenti barışıq sazişində qeyd olunan vaxtda ərizəçiyə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3 və 34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişi üzrə alimentin ödənilməsinə dair öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə 13 saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Birinci tərəf: Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün 2025-ci ilin mart ayından başlayaraq hər ayın 20-25-i aralığında əmək haqqının 1/3-i miqdarında aliment məbləğinin 1-ci tərəf Maraqlı şəxs əmək haqqından tutularaq 2-ci tərəf Ərizəçi ödənilməsi barədə razılaşdılar. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar