Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5191/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum həyat yoldaşı xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq, onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Şahid Ağabəyov onun xalası qızının yoldaşının valideyinidir. Onun ölmümü barədə məlumatı xalasından almışdır. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Şahid Ağabəyov onun qardaşı Samirin bacanağıdır. O, təqribən iki ay yarım qabaq mərhum Şahid Ağabəyovun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-5xx-xx/2025 saylı məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında mərhumun ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkanları xaricində olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X10 7 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 92, m-19 ünvaında qeydiyyatda olan X3 xx.xx.02025-ci il tarixdə rəhmətə getmişdir. Ərizəçi həyat yoldaşına ölüm arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. Ölüm hadisəsi evdə baş vermədiyi üçün və ölüm səbəbi bilinmədiyindən X2 ölüm haqqında tibbi şəhadətnamənin 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün deyil. İş materialarında olan Təcili və X5 Stansiyasının xx.xx.2025-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 14:30-da ünvan 3 ünvanında kişi cinsinə məxsus meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş 320 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi həyat yoldaşı X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5191/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5191/2025
20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver