Məhkəmə qərarları › İş №2(011)-5192/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5192/2025

22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5192/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X9maqla, “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1946-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Bəhlul Əlimirzəyev ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası xx.xx.1946-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə qəflətən vəfat etmişdir. Onun vəfatından sonra dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin mərhumun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Faktiki olaraq onun vəfat etməsinə baxmayaraq, ölümü müvafiq dövlət orqanı tərəfindən təsdiq edilməmiş qalmaqdadır. Ölüm faktının təsdiq edilməsi mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. X19 ərizənin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan Xidməti” X11 məlumat verilmiş, maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki işin onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadə verərək bildirmişdir ki, mərhumun qızıdır, onunla birgə yaşayıb, təyziqi olub, Neapol küçəsindəki evdə yaşayıblar, xx.xx.2024-cü il tarixdə qəfil vəfat edib, Balaxanıda dəfn ediblər. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 ifadə verərək bildirmişdir ki, mərhumun qızıdır, bacısı ilə birgə yaşayıb atası, qəfil vəfat edib, Balaxanıda dəfn ediblər. İş materiallarında olan AZE seriyalı, 02326416 nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1946-cı il tarixində İsmayıllı rayonu, Diyallı kəndində doğulmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X4r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 6 saylı Bakı “ASAN Xidmət” X8 xx.xx.2025-ci il tarixli, 3-16-5/8-6xx-xx/2024 saylı məktubundan görünür ki, 6 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi Sizin xx.xx.2024-cü ildə ölmüş atanız X2 ölümünün qeydə alınması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1.,8.2. ve 8.3.-cü bəndlərinə əsasən "Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Ölüm haqqinda məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır."Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddesine uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemine daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən Çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.".Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında qızının-X7 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X25 “Bakı Baş Səhiyyə Mərkəzi” X23 7 nömrəli Şəhər Poliklinikası tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-1-41/2-Ə-xx-xx/2024 saylı Arayışdan görünür ki, Ərizəçi Boxtiyar oğluna ondan ötrü ki,onun atası ünvan 1 ünvanında yaşayan mərhum elimirzəyev Bəxtiyar Ağamirzə oğlu xx.xx.2024-cü il tarixdə rəhmətə getmişdir. Ərizəçi Bextiyar oğlu atasının ölüm arayışının verilməsi məqsədilə 7 nömrəli şəhər poliklinikasına müraciət etmişdir. X1 poliklinikaya hər hansı bir xəstəlik ilə əlaqədar son illərdə müraciət etməməsi səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin (Forma N106) 7 nömrəli şəhər poliklinikası tərəfindən verilməsi mümkün olmadı. İş materiallarında olan 7 saylı X24 stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 21:55-də Əhmədli qəsəbəsi, Neapol küçəsi, mənzil 40 ünvana X6 adına çağırış olub, çağırış yerinı gələn gələn 7 saylı KYS-nın həkimə qədər ölüm halı müəyyənləşmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1994-cü il təvəllüdlü vətəndaş X14 xx.xx.1994-cü il tarixində Xızı rayonunda vəfat etmiş, Altıağac qəsəbəsi, Safbulaq kəndinin qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi X18 mərhum X7 anasıdır, o, ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1946-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar