Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5194/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə anadan olmuş X8 xx.xx.1995-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və müvafiq şəhadətnamənin verilməsini Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1990-cü il tarixdə X4 ilə nikahını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Nikah Sabunçu rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cu ildə 1734 № ilə qeydə alınmışdır. Nikahdan 3 (üç) uşaq anadan olmuşdur. X3 xx.xx.1994-cü il tarixdə anadan olub. Bakı şəhəri Maraqlı şəxs (VVAQ) tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş XVİİİDKT № 470170 saylı doğum haqqında şəhadətnamənin ata qrafasında Ərizəçi, ana qrafasında isə X5 qeyd edilmişdir. O, xx.xx.1995-ci ildə vəfat etmişdir. Ölüm faktı xx.xx.1995-ci il tarixdə 12 nömrəli X13 Stansiyası tərəfindən qeydə alınmışdır. Onlar həmin ünvan 1 ünvanda yaşamış, tibbi arayışın alınması üçün ərazi üzrə ünvan 2hər poliklinikasına müraciət edilmiş, lakin həmin poliklinikanın 1305.2024-cü il tarixli, 211 saylı arayışına əsasən tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi uşağın həmin poliklinikada qeydiyyata alınmaması qeyd edilmişdir. Uşağın ölməsindən 29 il keçdiyinə görə tibbi şəhadətnamənin alınması iradələrindən asılı deyil. Lakin həmin vaxt uşağın ölüm faktı qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamışdır. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Xətai rayonu qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Həmin şöbənin xx.xx.2024-cü il tarixli, 3- 165/8-15-ə-l5-399 saylı məktubu ilə imtina edilmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının Dövlət qeydiyyatı qaydası”nın 8.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi dövlət qeydiyyatına alınır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qayınıdır. X9 1994-cü ildə anandan olmuşdur. O, ərizəçi ilə qonşuluqda yaşamışdır və uşağın rəhmətə gedən günü X13ın gəldiyini bilmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Əliyev Anar adlı uşaq 24 oktyabr 1994-cü ildə anandan olmuşdur. Anar Əliyev xəstələndiyindən 2 aprel 1995-ci il tarixində rəhmətə getmişdir. O, hadisəni özü müşahidə etməmiş, lakin bu barədə həmin gün xəbər tutmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin əslindən görünür ki, X9 xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Təcili və X7 Stansiyasının xx.xx.1995-ci il tarixdə saat 10:30-da tərtib edilmiş “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, uşaq - X9 həmin tarixdə həkiməqədər ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X14 21 nömrəli şəhər poliklinikasının vəkil Abdulla İsgəndərova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 poliklinikada qeydiyyatı olmadığı və 1995-ci ildə vəfat etdiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin yazılması səlahiyyətləri xaricindədir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi övladı X8 xx.xx.1995-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi ölümün qeydə alınması məqsədilə qeydiyyatı həyata keçirən orqanlar üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X8 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5194/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5194/2024
26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver