Məhkəmə qərarları › İş №2(011)-5213/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5213/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5213/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, Xətai rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1966-ci il təvəllüdlü X6 xx.xx.2022-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü atası X9 18,07.2022-ci il tarixində dünyasını dəyişmişdir. Belə ki, o dünyasını dəyişmədən öncə, yəni vəziyyəti ağırlaşdıqda dərhal Təcili və X4 Stansiyasım çağırılmış, xəstənin vəziyyəti barədə xəbərdar etmişlər. Lakin Təcili və X5 Stansiyası gəldikdə atası artıq dünyasını dəyişmişdi. Buna görədə Təcili və X4 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ərizəçi qeyd edir ki, yaxın qohumların iştirakı İlə mərhum xx.xx.1966-cı il təvəllüdlü atası X1 rayonu, Türkan qəbirstanlığmda dəfn edilmişdir. Həmin qəbiristanlıqdan arayış və foto-şəkillər ərizəyə əlavə edilmişdir. Atasının dəfn mərasimindən sonra isə ölüm haqqında şəhadətnaməsinin alınması üçün aidiyyatı üzrə müvafiq orqanlara müraciət etmək qərarına gəlmişdir. Belə ki, ilk öncə ölüm haqqında şəhadətnamənin alınması üçün zəruri hesab edilən sənədin, ölüm haqqında tibbi şəhadətnamənin Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi üzrə X2 “Bakı şəhər Bakı Baş Səhiyyə Mərkəzi” Pubfik hüquqi şəxs 7 nömrəli Birləşmiş şəhər Poliklinkası tərəfindən ona təqdim edilməsini xahiş etmişəm. Belə ki, mərhumun tibbi kartası araşdırılmışdır. Beləliklə, ambulator kart araşdırıldıqdan sonra mərhumun vəfatının əsaslı səbəbi müəyyən olunmadığından ölüm arayışı (korma 106) verilməsi mümkün olmamışdır. Bundan sonra, xx.xx.1966-cı il təvəllüdlü atam X6 ölüm haqqında şəhadətnaməsinin alınması üçün Bakı şəhər 6 saylı Asan Xidmətində Qeydiyyat Şöbəsi müraciət etmiş, lakin müraciətindən atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən xx.xx.2022-ci i! tarixli 05/Q- 1343/15 saylı məktubla imtina edilmişdir, İmtina məktubunda sözü gedən ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.1966-cı il təvəllüdlü atam X6 ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlər həyata keçirilməsi mümkün deyildir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZE № 17022874 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuşdur. İş materiallarında olan XVİİ-ЖГ № 285348 saylı, Ərizəçi xx.xx.1993-cü il tarixdə Sədərək rayonunda anadan olmuşdur, atası X9, anası X3r. İş materiallarında olan Bakı Şəhəri Təcili və X5 Stansiyasının 15 saylı bölməsinin xx.xx.2022-ci il tarixli, 29 nömrəli arayışından müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 05:45-də ünvan 1 ünvanında yaşayan X6 adına çağırış daxil olmuş, briqada verilən ünvana çatdıqda xx.xx.1966-cı il təvəllüdlü X6 meyidi aşkar edilmişdir. Bakı Şəhəri 7 nömrəli Şəhər Poliklinikasının 571 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən X6 ölümü haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 05/Q-1343/15 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Sədərək Xeyriyyə Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 03/2022 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında qeyd etmişdir ki, o, ərizəçinin əmisidir. Qardaşı bazara gedib, səhər saat 10 radələrində rəhmətə gedib. Mərhum qardaşı 18 iyul 2022-ci il tarixdə ürək tutmasından vəfat edib. Türkan qəsəbəsində yerləşən qəbristanlıqda dəf olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında qeyd etmişdir ki, o, ərizəçinin dayısıdır. Mərhum 18 iyul 2022-ci il tarixinə ürək tutmasından vəfat etmişdir. Türkan qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunub. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X6 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş X6 xx.xx.2022 -ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar