Məhkəmə qərarları › İş №2(011)-5255/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5255/2024

12.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5255/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il tarixdə doğulmuş mərhum anası X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X3 xx.xx.2023-cü il tarixdə öz xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında naməlum səbəbdən vəfat etmişdir. Halhazırda vərəsəliyin müəyyənləşdirilməsi üçün anası X1 ölüm haqqında şəhadətnaməsinə ehtiyac vardır. Bu fakt Bakı şəhəri 2 saylı bölmənin Təcili və X5 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə öz təsdiqini tapmışdır. “Bakı Baş Səhiyyə Mərkəzi” X12 28 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli arayışında mərhum anası X1 vəfat etməsi etiraf edilsə də, 28 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün mərhumun adına ölum haqqında tibbi şəhadətnaməsinin verilmədiyi qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 673 saylı, xx.xx.2024-cü il tarixli təsdiq olunmuş məktubuna əsasən mərhum anası X3 Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında 9-cu sektorunda dəfn olunmuşdur. Ərizəçi mərhum anasının adına “ölüm haqqında şəhadətnamə” almaq üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, onun müraciətinə imtina edilərək, mərhum anası X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi onun dostudur. Ərizəçinin anası Sevinc Kazımova 2023-cü ilin dekabr ayının əvvəlində vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası “X3”dır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” “Bakı şəhər Baş Sahiyyə Mərkəzi” X13 28 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və 28 nömrəli şəhər poliklinikasına tibbi qeydiyyatda olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materialarında olan Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 22:54-də ünvan 3 ünvanına xəstə X1 yanına gəlinmiş və qadın cinsli meyit aşkar edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Bələdiyyəsinin 673 nömrəli xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, X3 (xx.xx.1954-xx.xx.2023) Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığının 9-cu sektorunda dəfn olunmuşdur. İş materialarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 040710 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, 22 saylı fərdi yaşayış evi X2 məxsusdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçinın atası X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar