Məhkəmə qərarları › İş №2(011)-5267/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5267/2024

01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5267/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 171 saylı mənzildə yaşayır. Mərhum bacısı X7 vərəm xəstəliyindən müalicə olunurdu. xx.xx.1946-cı il təvəllüdlü mərhum bacısı X7 xx.xx.2024-cü ildə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 171 saylı mənzildə vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırmış və həkim gələnə qədər mərhum bacısı X7 artlq yaşadığı mənzildə keçinmişdir. Həmin arayışı yaşadığı ərazi üzrə 6 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, ölüm kağızını min bir bəhanə ilə verməmiş və imtina etmişlər. Mərhum bacısı X7 xx.xx.2024-cü ildə vəfat etmiş, Bakı şəhəri Suraxanı rayon Dədə-Qorqud qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 171 saylı mənzildə vəfat etmiş xx.xx.1946-cı il təvəllüdlü mərhum bacısı X2 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X5 ərizəni müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan AZE seriyalı, 03844358 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 11 may 2024-cü il tarixdə X7 üçün çağırış edilmiş, həmin gün saat 22:08-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 57, 171 saylı mənzildə qadın cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 15 may 2024-cü il tarixli 3-16-5/8-15-587/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.1.,8.2. və 8.3.-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. “Həmin Qaydanın 8.5.ci bəndində isə göstərilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ərinizin ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X10 şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X13 2 nömrəli X8 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 17 may 2024-cü il tarixli 18-1-1-86/3-14/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1946-cı il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən 2 nömrəli X8də “Sağ ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsi, TDM diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə Saray modul tipli vərəm xəstəxanasında stasionar müalicəyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə qədər orada stasionar müalicədə olmuş və öz istəyi ilə xəstəxanadan çıxmışdır. Çıxdıqdan sonra 2 nömrəli X6 müraciət etməmişdir. xx.xx.2024-cü il tarixində evində vəfat etmişdir. xx.xx.2024-cü il tarixdən müəssisədə müayinə, müşahidə və müalicə olunmadığından ölüm haqqında sənəd verilməsi mümkün olmamışdır. İş materiallarında olan A-З seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuşdur, atası Petr Naydenov, anası isə X4. İş materiallarında olan AA seriyalı 479582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7xx.xx.1946-cı il tarixdə anadan olmuş, anası X4. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X12 6 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 14 may 2024-cü il tarixli 18-1-1-40/2-64/2024 nömrəli məktubdan görünür ki, Baş həkim H.F.Həsənovun məlumatına əsasən ünvan 3 ünvanında yaşayan xx.xx.1946-cı il təvəllüdlü X2 6 nömrəli şəhər poliklinikasının xidməti ərazisində yaşamış, lakin 2 saylı VƏD-də A-16.0 “Ağciyərlərin infiltrativ vərəmi” diaqnozu ilə dispanser qeydiyyatda olduğu üçün ölüm haqqında sənəd (f-a-106) verilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.1946-cı il təvəllüdlü X2 11 may 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X2 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X2 11 may 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar