Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5282/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 5 saylı Mediasiya təşkilatı tərəfindən bağlanmış 27 may 2022-ci il tarixli MŞB/5-01988 nömrəli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs2 arasındakı rəsmi nikahın pozulması Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 15 aprel 2015-ci il tarixli 156 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Maraqlı şəxs2 ilə ailə mübahisəsi (aliment tələbi) ilə bağlı razılığa gəlmək məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak olunmuşdur. Tərəflər aralarında olan mübahisə qarşılıqlı razılıq ilə həll edilərək Bakı şəhəri 5 saylı Mediasiya təşkilatı tərəfindən 27 may 2022-ci il tarixli MŞB/5-01988 nömrəli barışıq sazişi imzalanmışdır. Birgə nikahdan 17 iyun 2005-ci il təvəllüdlü X7, 06 yanvar 2011-ci il təvəllüdlü X8, 14 fevral 2012-ci il təvəllüdlü X9 və 14 avqust 2017-ci il təvəllüdlü X10 anadan olmuşdur. Bağlanmış sazişin şərtlərinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 yanvar 2014-cü il tarixli 2(011)-1632/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği azaldılmışdır. Belə ki, Maraqlı şəxs2 17 iyun 2005-ci il təvəllüdlü X7, 06 yanvar 2011-ci il təvəllüdlü X8, 14 fevral 2012-ci il təvəllüdlü X9 və 14 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyun 2022ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 50 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimenti Ərizəçi ödəməyi öz öhdəsinə götürmüşdür. Artıq 2 aya yaxın müddət keçməsinə baxmayaraq Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirmir, alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçırır. Ərizəçi hal-hazırda işləmir, Maraqlı şəxs2 isə uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir, ailəsinə qarşı laqeyddir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, Maraqlı şəxs2 barışıq sazişini icra etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda birgə nikahdan olan X7 atası ilə, digər uşaqlar isə onun himayəsində yaşayır. Məhkəmə iclasında Maraqlı şəxs2 barışıq sazişinin təsdiq edilməsinə etiraz etdiyini və barışıq sazişinin şərtlərini maddi imkanının olmaması səbəbindən vaxtında icra edə bilmədiyini bildirdi. O, həmçinin bildirdi ki, hazırda oğlu X7 onunla yaşayır. Bu səbəbdən alimentin ərizəçinin himayəsində yaşayan digər uşaqlarına aid olan 100 manat hissəsini ödəməyə razıdır. Maraqlı şəxs Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində 27 may 2022-ci il tarixli, MŞB/5-01988 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə birinci tərəf Maraqlı şəxs2 17 iyun 2005-ci il təvəllüdlü X2, 06 yanvar 2011-ci il təvəllüdlü X3, 14 fevral 2012-ci il təvəllüdlü X4 və 14 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 50 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Maraqlı şəxs2 öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş 17 iyun 2005-ci il təvəllüdlü X7 hal-hazırda atası Maraqlı şəxs2 himayəsində, digər uşaqlar isə anaları Ərizəçi himayəsində yaşayırlar. Odur ki, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, barışıq sazişində tərəflər arasında razılaşdırılmış aliment məbləği azaldılmalı, anaları Ərizəçi himayəsində qalan 06 yanvar 2011-ci il təvəllüdlü X3, 14 fevral 2012-ci il təvəllüdlü X4 və 14 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Maraqlı şəxs2 hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində 27 may 2022-ci il tarixli, MŞB/5-01988 nömrəli Barışıq sazişi qismən təsdiq edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində 27 may 2022-ci il tarixli, MŞB/5-01988 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər : Maraqlı şəxs2 (bundan sonra birinci tərəf) və Ərizəçi (bundan sonra ikinci tərəf) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən mediasiya reyetsrində (M00124) nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Maraqlı şəxs2 ilə Ərizəçi arasında ailə mübahisəsi (aliment tələbi) Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər razılığa gəlirlər ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 yanvar 2014-cü ildə qəbul edilmiş 2(011)-1632/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği azaldılsın. Birinci tərəf Maraqlı şəxs2 ikinci tərəf Ərizəçi ilə birgə nikahdan doğulan övladları 06 yanvar 2011-ci il təvəllüdlü X3, 14 fevral 2012-ci il təvəllüdlü X4 və 14 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01 iyun 2022-ci il tarixindən başlayaraq hər ay bir uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində alimenti Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. 2.2. İkinci tərəf Əliyeva X5 tərəf Maraqlı şəxs2 ilə birgə nikahdan olan övladları 06 yanvar 2011-ci il təvəllüdlü X3, 14 fevral 2012-ci il təvəllüdlü X4 və 14 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 01 iyun 2022-ci il tarixindən başlayaraq hər ay bir uşağa 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində aliment məbləği ilə razılaşdığını bəyan edir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5282/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5282/2022
09.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver