Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5318/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etmə faktının müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1959-cu il tarixdə doğulmuş atası X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1959-cu il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Onun vəfat etdiyi gün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Atasının vəfatından sonra onun vərəsəsi kimi ondan qalmış Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi onun istifadədir. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Lakin atasının ölümü haqqında şəhadətnaməni almadığı üçün o vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Atasının vəfat etməsi faktını şahidlər də təsdiq edə bilirlər. Atasının adına olan əmlakla bağlı vərəsəlik işləri aparmaqla bağlı ölüm haqqında şəhadətnaməsinə ehtiyac var. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ərizəçinin iş yoldaşıdır. O bildirmişdir ki, Ərizəçi atası Allahverdi Pənahov təqribən 2 il əvvəl vəfat etmişdir. O, dəfn mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçinin dostudur. Ərizəçi atası Allahverdi Pənahov təqribən 2 ildir ki, vəfat etmişdir. Onu “Razin” deyilən ərazidə qəbirstanlıqda dəfn ediblər. O, dəfn zamanı iştirak edib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-15-1360/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı şəhəri X4 Yardım Stansiyası” Bakı Baş Səhiyyə X12 Şəxs 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, Maştağa qəsəbəsi, Savalan massivi ünvanında qeydiyyatsız yaşamış xx.xx.2021-ci il tarixdə vəfat etmiş 1959-cu il təvəllüdlü X3 İİ terapiya şöbəsində tibbi qeydiyyatda olmadığı və gec müraciət etdiyi üçün “ölüm haqqında tibbi şəhadətnamə”nin yazılması səlahiyyətləri xaricindədir. İş materiallarında olan “X4 Yardım Stansiyası” tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 barəsində aparılmış müalicə tədbirləri hissəsində “həkimə qədər ölüm” qeydi vardır. İş materiallarında olan aktdan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbiristanlığında dəfn edilmişdir. X1, X7 və X8 öz imzaları ilə təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1959-cü il təvəllüdlü X2 xx.xx.2021-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5318/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5318/2023
23.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver