Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5332/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, Maraqlı şəxs2 nümayəndəsi X11 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr xidməti və Maraqlı şəxs2 olmaqla, “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü X4 1985-ci ilin yanvar ayında və xx.xx.1989-cu il təvəllüdlü X8 1989-cu ilin noyabhr ayında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 öz ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, X20 onun atası, X9 onun anasıdır. Onların birgə nikahlarından özü və bacıları- Ərizəçi2, Ərizəçi3, X13, X14, X10 və X21 dünyaya gəlmişdir. X3 xx.xx.2024-cü il tarixində “dəqiqləşdirilməmiş ürək çatışmazlığı“ diaqnozundan vəfat etmişdir. X9 isə xx.xx.2009-cu il tarixində “ürəyin dekompensasiyası“ səbəbindən ölmüşdür. X2 xx.xx.1987-ci il tarixində “raxit” səbəbindən, qardaşları X21 isə xx.xx.2003-cü il tarixində “baş beynin qişaları altına mədəciklərə və toxumasına qansızma” səbəbindən ölmüşlər. Bacıları xx.xx.1985-ci il təvəllüdlü X10 və xx.xx.1989-cu il təvəllüdlü X14 da körpəlik vaxtı (qırx günü tamam olmadan) ölüm səbəbləri dəqiq bilinmədən ölmüşlər. X1 və X8 Ölüm haqqında Şəhadətnamələri alınmamışdır. Belə ki, Ölüm haqqında Şəhadətnamə hüquqi əhəmiyyətli faktı müəyyən edən, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitam olunmasına əsas olan hüquqi sənəd olduğundan xüsusi əhəmiyyətə malikdir. Ona görə də bacılarının müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Sonda Ərizəçi1 ərizələrinin təmin edilərək ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X15 izahatında bildirmişdir ki, X14 və X4 doğumları qeydə alınmışdır. X14 xx.xx.1989-cu il tarixində, X10 isə xx.xx.1985-ci il tarixində anadan olmuşdur. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində iştirak edən X16 ifadə verərək, öz izahatında bildirmişdir ki, ərizəçilərin bibisidir, X12 bacısıdır. X6 və X10 isə qardaşının qızlarıdır. X14 xx.xx.1989-cu il tarixində, X10 isə Abşeron rayonunda Novxanıda ev şəraitində doğulublar. İkisi də körpə uşaqlar idi, doğumlarından heç 1 ay belə keçməmişdi ki, vəfat etdilər. Sumqayıtda xəstəxanada vəfat ediblər, Novxanıda Qarasamuxda dəfn olunublar, özü də dəfn mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadə verərək, öz izahatında bildirmişdir ki, ərizəçilərin xalasıqızıdır, X9 onun xalasıdır. xx.xx.1985-ci il təvəllüdlü X10 və xx.xx.1989-cu il təvəllüdlü X14 da onun xalasıqızlarıdır. Zülfiyyə öləndə 15 yaşında, Günel öləndə də 19 yaşında idi. Xalasıgilə anası ilə tez-tez gedib gəlirdi, əlaqələri yaxşı idi. Hər ikisinin ölüm faktını təsdiqləyir, X10 və X8 dəfn mərasimlərində iştirak ediblər, Abşeron rayon ərazisində Novxanıda dəfn olunublar. İş materiallarında olan xx.xx.1985-ci il tarixli, 11 nömrəli Doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1985-ci il tarixində Abşeron rayon Novxanı kəndində anadan olmuşdur. Onun atası X20, anası isə X5r. İş materiallarında olan xx.xx.1990-cı il tarixli, 12 nömrəli Doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1989-cu il tarixində Abşeron rayon Novxanı kəndində anadan olmuşdur. Onun atası X20, anası isə X5r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxs2 tərəfindən Ərizəçi3 verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1636/2025 saylı məktubdan görünür ki, onun Maraqlı şəxs2nə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi3 ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması Maraqlı şəxs2 imkanı xaricindədir. Maraqlı şəxs2 Ərizəçi3 aidiyyatı üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, Ərizəçi1 tərəfindən iş üzrə ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1985-ci il təvəllüdlü vətəndaş X10 1985-ci ilin yanvar ayında, xx.xx.1989-cu il təvəllüdlü vətəndaş X14 isə 1989-cu ilin noyabr ayında Sumqayıt şəhərində vəfat etmiş, Abşeron rayonu Novxanı kəndi Qarasamuxda dəfn olunmuşdurlar. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mərhumların bacılarıdır, onlar ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci il təvəllüdlü X4 1985-ci ilin yanvar ayında, xx.xx.1989-cu il təvəllüdlü X8 isə 1989-cu ilin noyabr ayında ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, Ərizəçi1 tərəfindən ərizənin məhkəməyə verilməsinə görə 100 manat məbləğində Dövlət rüsumu ödənilmişdir, Dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X4 1985-ci ilin yanvar ayında, xx.xx.1989-cu il təvəllüdlü X8 isə 1989-cu ilin noyabr ayında ölməsi faktı müəyyən edilsin. Dövlət rüsumu Ərizəçi1 özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5332/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5332/2025
01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver