Məhkəmə qərarları › İş №2(011)-5372/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5372/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5372/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “X10 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutulmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X10 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh2 və Cavabdeh1 qarşı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 001-FŞÖ01-0059- 19 saylı Faktorinq müqaviləsi və ona əlavə olunmuş Saziş üzrə 14463,09 manat əsas, 490,95 manat faiz, 49,23 manat cərimə borcunun, 30 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz E350” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitin borc tələbinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə X7 arasında bağlanmış 03.12.2019-cu il tarixli 0312-ASM-19 saylı Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh2 X2 mülkiyyətində olan “Mercedes Benz E350” markalı avtomobili 25000 manat qiymətə almışdır. “City Finance BOKT MMC” ilə Cavabdeh2 arasında bağlanmış 04.12.2019-cu il tarixli 001-FŞÖ01-0059-19 saylı Faktorinq müqaviləsinə və ona əlavə olunmuş sazişə əsasən "xxxx" MMC Cavabdeh2 X7 ilə bağladığı 03.12.2919-cu il tarixli 0312-ASM-19 saylı Alqı-Satqı müqaviləsindən irəli gələn öhdəliyinin 17500 manatını ödəmişdir. Cavabdeh2 isə göstərilən məbləği 36 ay müddətinə illik faiz dərəcəsi 26 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə “City Finance BOKT MMC”-yə ödəməyi öhdəsinə götürmüşdür. X7 isə 03.12.2019-cu il tarixli 0312-ASM-19 saylı Alqı-Satqı müqaviləsinə əsasən Cavabdeh2 öhdəliyinin bir hissəsinin "xxxx" MMC-yə verilməsinə yazılı razılıq vermişdir. Əlavə olaraq “City Finance BOKT MMC” ilə Cavabdeh1 arasında bağlanmış 04.12.2019-cu il tarixli 001-FŞÖ01-0059-19-Z saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 "xxxx" MMC qarşısında 04.12.2019-cu il tarixli 001- FŞÖ01-0059-19 saylı müqavilədən irəli gələn öhdəliyini tam yerinə yetirənədək Cavabdeh2 ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bundan başqa Faktorinq müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə “City Finance BOKT MMC” arasında bağlanmış 04.12.2019-cu il tarixli 001-FŞK01-0059-19(İ) saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus “Mercedes Benz E350” markalı,WDDHF5GB8AA061636 ban nömrəli nəqliyyat vasitəsi "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi 05.12.2019-cu il tarixində AR DİN BDYPİ QİŞ tərəfindən qanunvericiliklə müəyyən edilmiş şəkildə dövlət-qeydiyyatına alınmışdır. Lakin Cavabdeh2 "xxxx" MMC ilə bağladığı Faktorinq müqaviləsinin 5.1-ci maddəsinin dyarımbəndinin şərtini pozaraq dövri olaraq ödənilməli olan pul məbləğini ödəməmiş və 17.05.2021-ci il tarixinə ödəniş cədvəli üzrə ödənişləri 134 gün gecikdirmişdir. Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış Faktorinq müqaviləsinin 6.1-ci maddəsinin b yarımbəndinə əsasən “Müştəri” borc məbləğini, öhdəlik üzrə illik faizi, əlavə komissiyanı və digər komissiyaları vaxtında ödəməzsə, vəsaiti ödəyən qarşısında bu məbləğlər və müqaviləyə əlavə olunmuş Sazişdə qeyd olunan dərəcədə hesablanmış dəbbə pulu dəyərində məsuliyyət daşıyır. Müştəri ödənişi 1 (bir) ay ərzində ödəməzsə Vəsaiti ödəyən bu tələbi Müştərinin ona verdiyi təminat(lar)a yönəldə bilər. Bu durumda Vəsaiti ödəyənin tələbinin tam qarşılandığı tarixədək dəbbə pulu hesablanmaqda davam edir. Beləliklə borclu Cavabdeh2 "xxxx" MMC-yə 17.05.2021-ci il tarixinə 14463,09 manat əsas, 490,95 manat faiz, 49,23 manat cərimə borcu yaranmışdır. İpoteka saxlayan "xxxx" MMC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 20.05.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ərizə 26.05.2021-ci ildə Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə təqdim edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X10 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında 04.12.2019-cu il tarixli, 001-FŞÖ01-0059-19 saylı “Faktorinq müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən vəsaiti ödəyən kreditorun müştəriyə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn müştərinin pul borcunu kreditora ödəyir (müştərini maliyyələşdirir). Müştəri isə bunun qarşılığında vəsaiti ödəyənə sazişdə göstərilən müddətdə və məbləğdə hissə-hissə maliyyələşdirmə məbləğini və öhdəlik üzrə illik faizi, əməliyyat komissiyası və digər komissiyaları ödəyir. Vəsaiti ödəyən kreditora qarşı münasibətdə borclu qismində çıxış edir və Sazişin imzalandığı tarixdən 7 (yeddi) iş günü ərzində kreditora Sazişdə göstərilən borc məbləğini ödəyir. 001-FŞÖ01-0059-19 saylı 04.12.2019-cu il tarixli Faktorinq müqaviləsinə (öhdəliklərin verilməsi) 04.12.2019-cu il tarixli 001-FŞÖ-01-0059-19 (S) nömrəli Sazişə əsasən 001-FŞÖ01-0059-19 saylı 04.12.2019-cu il tarixli Faktorinq müqaviləsi üzrə “X10 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh2 17500 manatı 36 ay müddətinə illik 26%-lə qaytarmaq şərtilə ödəmişdir. “X10 Olmayan Kredit Təşkilatı” MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 04.12.2019-cu il tarixli 001-FŞÖ01-0059-19-Z nömrəli Zaminlik Müqaviləsinə görə, “X10 Olmayan Kredit Təşkilatı” MMC “Kredit alan” arasında 04.12.2019-cu il tarixdə bağlanmış Kredit Müqaviləsinə asasan. “Kredit alan” “Bokt” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan” ilə birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ılə məsuliyyət daşımağı öz öhdəsinə götürür. “X10 Olmayan Kredit Təşkilatı” MMC (ipoteka saxlayan), ipoteka qoyan Cavabdeh2 və X6 (satıcı) arasında bağlanmış 04.12.2019-cu il tarixli, 001FŞÖ01-0059-19 (İ) saylı Alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X6 özünə məxsus olan 2009-cu il buraxılışlı “Mercedes Benz E350” minik markalı avomobili ipoteka qoyan Cavabdeh2 mülkiyyətinə verir, ipoteka qoyan Cavabdeh2 isə həmin əmlakı 001FŞÖ01-0059-19 saylı 04.12.2019-cu il tarixli Faktorinq Müqaviləsi baxımından onun vəsaiti ödəyən “X10 Olmayan Kredit Təşkilatı” MMC (ipoteka saxlayan) qarşısında yaranacaq öhdəlikləri üçün ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri və ilkin satış qiyməti 25000 AZN müəyyən edilir, avtomobilin dəyərindən 17500 manat məbləği “X10 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən və 7500 manat məbləği Cavabdeh2 tərəfindən satıcıya ödənilməlidir. Həmin İpoteka müqaviləsi 05.12.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-də qeydə alınaraq, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 140411 saylı çıxarış verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (AC seriyalı, 065113 nömrəli) surətinə əsasən, buraxılış ili 2013-cü il olan, “Kia Sportage” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarından həmçinin görünür ki, 03.11.2015-ci il tarixli “09.09.2013-cü il tarixli 116919-1-8621 nömrəli “Avtomobil kredit müqaviləsi”-nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma”-ya əsasən cavabdehin kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının 03.11.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 17537 manat məbləğində müəyyən edilərək, borcalanın həmin kreditdən 34 ay ərzində istifadə edərək və 09.09.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 23 faiz ödəmək öhdəliyi müəyyən edilmişdir. “X10 Olmayan Kredit Təşkilatı” MMC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. İş materiallarında olan bildirişin qeydə alınmasına dair 26.05.2021-ci il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-yə “Mercedes Benz E350” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınması barədə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.11.2021-ci il tarixli 9/8255 nömrəli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 04.12.2019-cu il tarixli 001-FŞÖ01- 0059-19 nömrəli kredit müqaviləsinə əsasən 001-FŞÖ01-0059-19 (S) Saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu 17.05.2021-ci il tarixinə əsas borc üzrə 14463,09 manat, faiz borcu üzrə 3092,37 manat, cərimə borcu üzrə 16,93 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etdi. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan “Mercedes Benz E350” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 08.10.2021-ci il tarixə olan bazar dəyəri 30.000 manat, likvid dəyəri 27.000 manat məbləğində qiymətləndirilmişdir. Ekspertizanın aparılması üçün 400 manat xidmət haqqı təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan iddia göstərilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh2 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş avtomobilə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Qanunu ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilərək, həmin Qanunnun 33-cü maddəsinin çıxarıldığına baxmayaraq, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2012-ci ildə yarandığından, həmin mübahisəli münasibətlərə “İpoteka haqqında” Qanunun əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən avtomobilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində, "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən isə qiymətləndirilmənin aparılması üzrə xərc 400 manat təşkil edir Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bununla yanaşı "xxxx" MMC-nin qiymətləndirilmə rəyi üzrə 400 manat xidmət haqqı cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 14463,09 (on dörd min dörd yüz altmış üç manat doqquz qəpik) manat əsas borc, 490,95 (dörd yüz doxsan manat doxsan beş qəpik) faiz borcu, 49,23 (qırx doqquz manat, iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15003,27 (on beş min üç manat iyirmi yeddi qəpik) manat və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “X10 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. Tələb Cavabdeh2 məxsus “Mercedes Benz E350” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və avtomobil ilkin satış qiyməti 27.000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 14463,09 (on dörd min dörd yüz altmış üç manat doqquz qəpik) manat əsas borc, 490,95 (dörd yüz doxsan manat doxsan beş qəpik) faiz borcu, 49,23 (qırx doqquz manat, iyirmi üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15003,27 (on beş min üç manat iyirmi yeddi qəpik) manat və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “X10 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Avtomobilin qiymətləndirilməsi barədə hesabat üzrə 400 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar