Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5376/2023 29.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi atası 26 fevral 1962-ci il təvəllüdlü X7 15 iyun 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 ərizəçinin atasıdır. X2 26 fevral 1962-ci il tarixində Naxçıvan Muxtar Respublikasında doğulmuşdur. X3 xx.xx.2023-cü il tarixində yaşadığı ünvanında vəfat etmiş və onu Bakı şəhəri, Qaradağ qəbirstanlığında dəfn etmişdirlər. Mərhumun ölüm haqqında şəhadətnaməsinin alınması üçün müraciət etsə də ölüm haqqında tibbi şəhadətnamə olmadığından bu mümkün olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İş materiallarında olan, AZE № 09742518 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 26 fevral 1962-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZ-İ № 115869 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, X3, anası X4. İş materiallarında olan 38 nömrəli Şəhər Polikklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ölüm haqqında şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və sairə) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisan olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X7 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət” X5 xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-A-1415/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Qaradağ rayonu Sahil Bələdiyyəsinin 16 iyun 2023-cü il tarixli, SB-05/46 nömrəli arayışından görünür ki, 1X10 5.06.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında qeyd etmişdir ki, o, ərizəçi onun qonşusudur. X13 qonşu idi. Mərhum xəstə idi və 15 iyun 2023-cü il tarixində vəfat etmişdir. Onun yas mərasimində iştirak etmiş, mərhum Qaradağ rayonu, Sahil qəbrstanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X7 xx.xx.2023cü il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 fevral 1962-ci il təvəllüdlü X7 15 iyun 2023-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5376/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5376/2023
29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver