Məhkəmə qərarları › İş №2(011)-5382/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-5382/2025

19.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5382/2025 19.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin naturada ayrılması, açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölüşdürülməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobildən 3/4 hissədə onun, 1/4 hissədə Cavabdeh paylarının naturada ayrılması, əgər avtomobilin naturada bölünməsi mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında mütənasib surətdə bölüşdürülməsi, hüquqi yardıma görə ödənilmiş 120 azn pul vəsaitinin, 100 azn dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi: Məlumat üçün bildirirəm ki, yoldaşım X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan qalan miras qızı - Cavabdeh və arvadı olaraq mənim - İddiaçı arasında hər birimizə 1/2 hissədə bölünmüşdür. Miras Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 15, mənzil 81 və 99RK 548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilin 1/2 hissəsindən ibarət olmuşdur. Bir məsələni də qeyd edim ki, mənzil mərhumla nikahımıza qədər əldə edildiyi üçün hər bir vərəsəyə 1/2 hissədə pay verilmiş, avtomobil isə birgə nikah müddətində əldə edilmiş, buna görə də xx.xx.2022-ci il tarixli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyöət hüququ haqqında şəhadətnaməyə əsasən /1/2 hissədə mənim payım müəyyən edilmiş, qalan 1/2 hissədən isə hissəni miras şəklində almışam ki, belə olan halda avtomobilin 3/4 hissəni mənə məxsus olur. Nəzərinizə çatdırım ki, Cavabdeh ilə heç bir əlaqəmiz yoxdur. Bununla belə 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilində 1/4 hissəsi qanunvericiliyin tələbinə əsasən ona məxsusdur. Hal-hazırda həmin əmlakın istifadəsi mümkün deyil, avtomobil istifadəsiz şəkildə mənim sahibliyimdədir, bununla belə həmin avtomobildən hər hansı şəkildə istifadə edə bilmirəm. Mülki qanunvericiliyə əsasən mənzildən 1/2 hissədə pay aldığı üçün Cavabdeh, eyni zamanda avtomobilin də 1/4 hissəsinin payçısıdır. Bununla belə notariat kontoruna müraciət edərək avtomobilin ¼ hissəsinə vərəsəlik haqqında şəhadətnaməni götürməmişdir. Avtomobilin bölünməz əşya olduğunu nəzərə alaraq hesab edirəm ki, həmin əmlak hərraca çıxarılaraq satılmalı, satışdan əldə edilmiş vəsait paylara uyğun olaraq bölünməlidir. Hüquqi yardım üçün 120 azn, məhkəmə rüsumu 100 azn tərəfimdən ödəniş edilmiş, hesab edirəm ki, həmin vəsait də cavabdehdən tutularaq mənə ödənilməlidir”. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılması və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 1 üzərində ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh pay hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs Cavabdehdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilin sahibi X3r. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilə dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 1/4 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvana dair xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmış və həmin əmlakdan 1/2 hissədə payı müəyyən edilmişdir. İş materiallarında olan Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X1 qalmış arvadı İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. İddiaçıı mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak - 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin ümumi əmlkadan payı 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı nəqliyyat vasitəsinin ½ hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım xidmətinə görə 120 manat məbləğində pul vəsaitini “Kapital Bank”ın 4 saylı Bakı Asan filialının kassasına köçürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Hüquq Əmlak məsələləri Ekspertizası MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, M/AV/0003/25 saylı ekspert rəyindən görünür ki, 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilin bazar dəyəri 5600 manat, likvid dəyəri 5000 manat müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilə dair 3/4 hissədə pay hüququ İddiaçı, 1/4 hissədə pay hüququ Cavabdeh məxsusdur, əmlakın naturada ayrılması mümkün deyil, tərəflər arasında nəqliyyat vasitəsinin satılması ilə bağlı razılıq əldə olunmamışdır, sözügedən avtomobilin bazar qiymətinə uyğun olaraq likvid dəyəri 5000 manat təşkil edir. Bununla belə, paylı əmlakın açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflərin paylarına müvafiq olaraq bölünməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilin satış qiymətinin 5000 manat müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobil açıq hərrac vasitəsilə 5000 manat məbləği müqabilində satılmalı və satışdan əldə olunmuş vəsaitin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin olunduğundan və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunmasi halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 100 manat, hüquqi yardım məqsədilə ödənilmiş 120 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəlləsinin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobil açıq hərrac vasitəsilə satılsın və satışdan əldə olunmuş vəsaitin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə Cavabdeh ödənilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətlərində olan 99RK548 dövlət qeydiyyat nişanlı RENAULT MEGANE SCENİC minik markalı avtomobilin satış qiyməti 5000 (beş min) manat müəyyən edilsin. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat və hüquqi yardım göstərilməsi üçün “Kapital Bank”ın 4 saylı Bakı Asan filialının hesabına ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh Qiymətləndirməyə dair tədqiqatın dəyərini təşkil edən 150 (yüz əlli) manat tutularaq "xxxx" MMC-yə (Hesab: AZ57AİİB400500C**********211, Kod: 201229, Müxbir hesab: AZ37NABZ******************** (AZN), VÖEN (BANK): **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qiyabi qətnamə alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar