Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5385/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X12 rayonunda anadan olmuşdur. xx.xx.2022-ci ildə ünvan 1 ünvanında yaşadığı mənzildə vəziyyəti pisləşmiş və təcili yardım çağırılanadək, görülmüş tədbirlər heç bir nəticə verməmiş, vəfat etmişdir. Ərizəçinin mərhum atam Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi xx.xx.2022-ci ildə 4 saylı Bakı Asan xidmət mərkəzində Qeydiyyat şöbəsinə ölümün qeydə alınması üçün müraciət etsə də, xx.xx.2022-ci il tarixli məktubdan da göründüyü kimi ölümü təsdiq edən sənəd olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməyi məsləhət görülmüşdür. Ərizəçinin mərhum atasının adına Bakı şəhərində daşınmaz əmlak mövcuddur. Bu əmlakı vərəsəlik qaydasında qəbul etmək üçün bir sıra sənədlər tələb olunur, bunlardan biri də “Ölüm haqqında şəhadətnamə’’ ölüm faktının təsdiq edilməsi ərizəçi üçün zəruridir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X2 səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA0957695 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “X8” anası “X9” kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi X19 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 617 saylı arayışından görünür ki, mərhum poliklinikanın xidmət ərazisində rəhmətə getmədiyi və son 1 il ərzində poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verməsi mümkün olmamışdır. İş materillarında olan Bakı şəhəri Təcili və X3 stansiyasının 22 saylı yardımçı stansiyası tərəfindən verilmiş 43 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixində saat 21:00-da X4 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxs2 Qeydiyyat şöbəsi tərəfindən X7 ünvanlanmış 05Q-918/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 401 saylı arayışdan görünür ki, X1 qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, ərizəçinin dayısı, X14in qaynıdır. xx.xx.2022-ci il tarixində Rafil ona zəng vuraraq, səhhətinin pis olduğu barədə bildirmiş və o, dərhal Təcili və X3 stansiyasına bununla bağlı məlumat vermiş, lakin tibbi xidmət maşını gələnədək Rafil Musayev Bakı şəhərində yerləşən evində vəfat etmişdir. O, Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşı, mərhumun oğludur. X14 xx.xx.2022-ci il tarixində Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir və o, Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. X14 xx.xx.2022-ci il tarixində Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir və o, Qaraçuxur qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi atası xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə tam şəkildə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 05 sentyabr 1965-ci il təvəllüdlü X4 30 iyul 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-5385/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5385/2022
09.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver