Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5398/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. X1 ərizəçinin doğma anasıdır. O, xx.xx.2017-ci il tarixdə vəfat etmişdir, həmin vaxt həkim tərəfindən arayış alınmamışdır. X4 halı pisləşən zaman dərhal “Bakı şəhəri 4 saylı Təcili və X6 Stansiyası” 103 xidmətinə zəng vurulmuş, lakin təcili yardım gələnə qədər artıq o, vəfat etmişdir. TƏBİB “Bakı şəhər Təcili və X6 Stansiyası” X14 tərəfindən xx.xx.2022-ci il tarixli №194 məktuba cavab olaraq bildirilmişdir ki, AR Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən də məlumat verilə bilməmişdir.
2. Hal-hazırda ərizəçinin mərhum anası X7 ərizəçinin xüsusi mülkiyyətində olan Bərdə şəhəri, Babək küçəsi 13 saylı evdə pasport qeydiyyatında qalmışdır və onu pasport qeydiyyatından çıxarmaq mümkün deyildir. Bu da ərizəçinin öz əmlakı üzərində mülkiyyət hüquqlarını və sərəncam vermək hüquqlarını əsassız şəkildə məhdudlaşdırır.
3. Qeyd edilən səbəbdən də Ərizəçi məhkəməyə ölüm faktının müəyyən edilməsinə tələbinə dair ərizə ilə müraciət etmişdir.
Ərizəçinin tələbi:
4. XX.XX.1931-ci il (xx.xx.1931-ci il) tarixində doğulmuş X4 xx.xx.2017-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Maraqlı şəxsin etirazı:
5. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək bildirmişdir ki, mərhum onun anası olmuşdur. O, 2017-ci il 30 yanvar tarixdə vəfat etmişdir. Hazırda onun ölüm haqqında şəhadətnaməsini əldə edə bilmədiyindən ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək məhkəmədən nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir.
8. X5 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun nənəsi olmuşdur. Nənəsinin halı pisləşmişdir, daha sonra ona məlumat vermişdirlər və onlar nənəsinin qaldığı yerə getmişdirlər. Onlar Əhmədlidə, nənəsi isə Yasamal rayonunda yaşayırdı. Artıq o, həmin ünvana çatdıqda təcili yardımın çağırıldığını, lakin nənəsinin vəfat etdiyini görmüşdür. Bu hadisə 2017-ci ildə baş vermişdir. Nənəsi Bərdə rayonunda babasının yanında dəfn edilmişdir.
9. X3 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, mərhum onun anasıdır. Onlar bacısı ilə birlikdə növbə ilə analarına qulluq etmişdirlər. O, məktəb rəhbəri, bacısı isə həkimdir. Onun anasına baxdığı gün anasının halı pisləşmiş, daha sonra bacısını çağırmışdır. Sonra isə görmüşdür ki, artıq anası vəfat etmişdir. Qardaşıyla birlikdə qalırdılar, ayrıca yaşayırdılar. Lakin anasına bacılar birlikdə baxırmışlar.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Bərdə şəhəri, Babək küçəsi 13 saylı ev Ərizəçi adına qeydə alınmışdır.
11. AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li Arayışa əsasən Bərdə rayonu, Bərdə şəhəri, ünvan 2 ünvanında digər şəxslərlə yanaşı XX.XX.1931-ci il təvəllüdlü X7 da qeydiyyatdadır.
12. TƏBİB “Bakı şəhəri Təcili və X6 Stansiyası” X14 tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli cavaba əsasən AR Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən də məlumat verilə bilməmişdir. 13.Bərdə şəhəri “İmamzadə” məscidi tərəfindən verilmiş arayışa əsasən X7 xx.xx.2017ci il tarixdə vəfat etmiş və Bərdə şəhəri, İmamzadə qəbiristanlığında cənub hissəsində dəfn edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən X7 barəsində ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığından ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
15. 19№li Şəhər Poliklinikasından xx.xx.2022-ci il tarixli rəsmi imtinaya əsasən ölümə səbəb ola biləcək xəstəliklər barədə heç bir tibbi sənədin olmaması və təqdim edilməməsi, xəstəliklə poliklinikaya heç bir zaman müraciət etməməsi və poliklinikada ambulator kartasının olmaması səbəbindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.
16. Xətai rayon 87 saylı MKİS-dən verilmiş arayışa əsasən Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 4b, 25 saylı mənzildə qeydiyyatdadır və yaşayır. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
20. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı: 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçinin izahatını, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğu və müvafiq qeydiyyat şöbəsinin X4 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X4 ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyi müəyyən edilmiş, o cümlədən, X4 xx.xx.2017-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir.
23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. XX.XX.1931-ci il təvəllüdlü X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova