Məhkəmə qərarları › İş №2(011)-54/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-54/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-54/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin nümayəndəsi Hikmət Yigitdölün iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayş sahəsinə və mənzilə köçümə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının A1 girişində - cavabdehlə bağlanmış 15.08.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən 300000 manat ödənilmiş və tikilərək təhvil verilməli olan 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m olan qaraj sahəsinə, 31 iyul 2008-ci il tarixdə bağlanmış - 001 nömrəli müqaviləyə əsasən, 4-cü mərtəbədə ümumi sahəsi 136.1 m2 olan 3 otaqlı 1 saylı mənzilə; 002 nömrəli müqaviləyə əsasən 4-cü mərtəbədə ümumi sahəsi 122 m2 olan 3 otaqlı 2 saylı mənzilə; 003 nömrəli müqaviləyə əsasən 4-cü mərtəbədə ümumi sahəsi 82.7 m2 olan 2 otaqlı, 3 saylı mənzilə; 004 nömrəli müqaviləyə əsasən 4-cü mərtəbədə ümumi sahəsi 124.7 m2 olan 3 otaqlı 4 saylı mənzilə; 005 nömrəli müqaviləyə əsasən 5-ci mərtəbədə ümumi sahəsi 122 m2 olan 3 otaqlı 7 saylı mənzilə; 006 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 122 m2 olan 3 otaqlı 12 saylı mənzilə; 007 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 82.7 m2 olan 2 otaqlı 13 saylı mənzilə; 008 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 14 saylı mənzilə; ə 009 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 15 saylı mənzilə; ə010 nömrəli müqaviləyə əsasən 7-ci mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 16 saylı mənzilə; 011 nömrəli müqaviləyə əsasən, 7-ci mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 17 saylı mənzilə; 012 nömrəli müqaviləyə əsasən 7-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 20 saylı mənzilə; 013 nömrəli müqaviləyə əsasən 8-ci mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilə; 014 nömrəli müqaviləyə əsasən 8-ci mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 23 saylı mənzilə; 015 nömrəli müqaviləyə əsasən 8-ci mərtəbədə ümumi sahəsi 123.4 m2 olan 3 otaqlı 25 saylı mənzilə; 016 nömrəli müqaviləyə əsasən 9-cu mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 27 saylı mənzilə; 017 nömrəli müqaviləyə əsasən 9-cu mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 29 saylı mənzilə; 018 nömrəli müqaviləyə əsasən 9-cu mərtəbədə ümumi sahəsi 123 kv.m olan 3 otaqlı 30 saylı mənzilə; 019 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 31 saylı mənzilə; 020 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 32 saylı mənzilə; 021 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 33 saylı mənzilə; 022 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 35 saylı mənzilə; 023 nömrəli müqaviləyə əsasən 2-ci mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 36 saylı mənzilə; 024 nömrəli müqaviləyə əsasən 11-ci mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 37 saylı mənzilə; 025 nömrəli müqaviləyə əsasən 11-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 40 saylı mənzilə; 026 nömrəli müqaviləyə əsasən 12-ci mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 41 saylı mənzilə; 027 nömrəli müqaviləyə əsasən 12-ci mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 43 saylı mənzilə; 028 nömrəli müqaviləyə əsasən 12-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 45 saylı mənzilə; 029 nömrəli müqaviləyə əsasən 13-cü mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 46 saylı mənzilə; 030 nömrəli müqaviləyə əsasən 13-cü mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 48 saylı mənzilə; 031 nömrəli müqaviləyə əsasən 13-cü mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 50 saylı mənzilə; 032 nömrəli müqaviləyə əsasən 14-cü mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 51 saylı mənzilə; 033 nömrəli müqaviləyə əsasən 14-cü mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 54 saylı mənzilə; 034 nömrəli müqaviləyə əsasən 14-cü mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 55 saylı mənzilə; 035 nömrəli müqaviləyə əsasən 15-ci mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 59 saylı mənzilə; 036 nömrəli müqaviləyə əsasən 15-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 60 saylı mənzilə; 037 nömrəli müqaviləyə əsasən 16-cı mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 63 saylı mənzilə; 038 nömrəli müqaviləyə əsasən 16-cı mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 64 saylı mənzilə; 039 nömrəli müqaviləyə əsasən 16-cı mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 65 saylı mənzilə dair istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsi və mənzillərin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi və mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə köçürülməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə tərəflər arasında 15.08.2008-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair 005 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci ünvanında yerləşən kooperativ binasının 2 mərtəbəsində 300 kv.m qaraj sahəsini tikərək iddiaçıya verməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinə görə 300000 manat ödəməyi öhdələrinə götürmüşlər. 15.08.2008ci il tarixdə cavabdeh tərəfindən verilmiş Maliyyə arayışına əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 300 000 manat pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10-cu mərtəbə 4 ədəd, 11-ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzilə dair podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh müqavilələrdə göstərilən yaşayış sahələrini (sahənin tam dəyərini müqavilələrdə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 31 iyul 2008-ci il tarixdə hər bir müqavilə üzrə verilmiş Maliyyə arayışlarına əsasən mənzillərin dəyəri ödənilmişdir. İddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində və onun həcminin artırılması barədə ərizədə göstərmişdir ki, cavabdehlə 15.08.2008-ci il tarixdə 005 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci ünvanında yerləşən kooperativ binasının 2 mərtəbə 300 kv.m qaraj sahəsinin pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. 15.08.2008-ci il tarixdə cavabdeh tərəfindən verilmiş “Maliyyə arayışı”na əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A1 girişi ümumi sahəsi 300 kv m olan qeyri-yaşayış sahəsindən ibarətdir. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 300 000 manat, həmçinin 15.08.2008-ci il tarixdə cavabdeh tərəfindən verilmiş “Maliyyə arayış”larına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci ünvanında yerləşən yaşayış binasında 39 mənzilin haqqı iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Cavabdeh MTK-nın sədri Hikmət Yigitdöl məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianı qəbul etmədiyini, habelə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən, habelə cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə, mübahisəyə düzgün hüquqi qiymət verilməsi baxımından, öncə tərəflər arasında hansı mülki hüquq münasibətinin yaranmasının aydınlaşdırılmasını zəruri hesab edərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş qeyri-yaşayış sahəsi haqqında 15.08.2008-ci il tarixli müqavilədə tərəflər “satıcı” və “alıcı”, habelə 31.08.2008-ci il tarixdə bağlanmış 39 ədəd müqavilədə “Kooperativ” və “Payçı” kimi göstərilsə də, həm müqavilələrin məzmunu, həm də tərəflər arasında yaranmış münasibətlərin xarakteri baxımından müəyyən edilir ki, onlar arasında, əslində podrat müqaviləsi bağlanmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilələr bağlanarkən nə qeyri-yaşayış sahəsi, nə də mənzillər mövcud olmamışdır. Digər tərəfdən, bağlanmış müqavilənin məzmunundan da görünür ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında yerləşən binanın tikintisi başa çatdıqdan sonra A1 girişinin 2 mərtəbəsində 300 kv.m qaraj sahəsini və 4-16-cı mərtəbələrində yerləşən 39 ədəd mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakların dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibəti xarakterinə görə podrat müqaviləsinin şərtlərinə uyğun gəldiyindən müqavilə əslində podrat müqaviləsi kimi bağlanmışdır. Mülki Məcəllədə podrat müqaviləsinə verilmiş anlayışdan da görünür ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1-ci maddə). Bundan başqa, iddiaçının cavabdeh MTK-ya payçı kimi üzvlüyə qəbul olunması ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının A1 girişinin 2-ci martəbəsində qeyri-yaşayış sahəsinin tikintisi barədə 15.08.2008-ci il tarixdə 005 saylı, habelə eyni ünvanda yerləşən çoxmənzilli yaşayış binasının A1 girişinin 4-16-cı mərtəbələrində 39 ədəd mənzilə dair podrat müqaviləsi bağlanmış, buna baxmayaraq cavabdeh müqavilədə müəyyən edilmiş müddət ərzində qeyri-yaşayış sahəsini və mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında 31.07.2008-ci il tarixdə bağlanmış müqavilələrin 2.1-ci bəndlərində obyektin tikintisinin layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə iki il müddətinə təhvil verilməsi, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yaşayış sahələrinin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahəsini və mənzilləri 31.07.2010-cu il tarixədək iddiaçıya təhvil verməli olsa da, öhdəliyinin icrasının başa çatdığı müddətdən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq nə qeydi-yaşayış sahəsini, nə də məznilləri iddiaçıya təhvil verməmişdir. İddiaçı isə müvafiq iddia tələbi ilə 26.10.2020-ci il tarixdə, yəni cavabdehin müqavilə üzrə ödəliyinin icrasının başa çatdığı vaxtdan 10 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia müddətinin anlayışını və tətbiqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373 və 375.2-ci maddələrində qeyd edilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən müddəalardan göründüyü kimi, məhkəməyə müraciət etmək üçün ümumi iddia müddəti 10 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il müəyyən edilmişdir. Lakin iddiaçı göstərilən müddət ərzində cavabdeh tərəfindən öhdəliyini icra etməməsi barədə məhkəməyə müraciət etməməklə, iddia müddətini ötürmüş, iddia müddətini üzürlü səbəbdən ötürməsi ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.07.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməsəydi belə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən də iddia tələbi təmin edilə bilməzdi. Beləliklə, yuxarıda şərh edilən əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 238 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Ekspertiza Tədqiqatının dəyəri kimi hesablanmış 238 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar