Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5420/2023 28.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə Maraqlı şəxs2 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrı yaşıyırlar. Həmin vaxtdan da oğlu onun yanında qalır. O, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdehə qarşı nikahın ləğvi və aliment tələbinə dair iddia qaldırmışdır. Onun tələbi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-1478/2013 saylı qətnaməsi ilə təmin edilərək aralarında olan nikah pozulmuş və cavabdeh Maraqlı şəxs2 yanında qalan yetkinlik yaşma çatmayan oğlunun saxlanılması üçün onun xeyrinə Maraqlı şəxs2 aylıq gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulmasına dair qətnamə qət edilmişdir. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Maraqlı şəxs2 tutulan alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində hər ay 140 manat alimentin tululmasmı xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-10555/2017 ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək cavabdeh Maraqlı şəxs2 hər ay 140 manat məbləğində alimentin alınması barədə qətnamə qəbul edilmişdir. İndi həmin miqdarda olan pula uşağı saxlamaq və onun təlabatını ödəmək çox çətindir. Oğlunun tələbatını ödəməyə çətinlik çəkir. Cavabdeh alimenti gecikdirmələrlə ödəyir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Buna görə də alimentin artırılma tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Cavabdeh Maraqlı şəxs2 mediasiya sessiyasına gələrək alimentin miqdarını artırılmasına razılıq vermişdir. Mediasiya haqqında “AR Qanunun 33-cü maddəsinə əsasən mediasiyada barışıq sazişi bağlayaraq azyaşlı uşağımızın saxalanılması üçün cavabdeh Maraqlı şəxs2 hər ay 220 manat sabit məbləğdə alimenti ödəməyə razılıq vermişdir. xx.xx.2023-cü il tarixli barışıq sazişində uşaqları üçün hər ay 220 manat sabit pul məbləğində alimentin anaya verilməsi barədə məhkəmədən kənar öhdəlik götürməsinə, həmin tarixdən bir müddət keçməsina baxmayaraq, bu günə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində banşıq sazişinin könüllü icrasından imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi Maraqlı şəxs2 tərəfindən icra olunur. Həmin sazişin şərtləri sonuncu tərəfindən pozulmamışdır. Məhkəməyə müraciət etməsinə səbəb həmin barışıq sazişinin əlavə olaraq məhkəmə tərəfindən də təsdiq edilməsi və məhkəmə qətnaməsinin çıxarılmasıdır. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 nümayəndəsi X3 bildirmişdir ki, aliment hər ay rəsmi olaraq Maraqlı şəxs2 maaşından tutularaq barışıq sazişinə uyğun olaraq Ərizəçi ödənilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki-Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən müddəalardan da göründüyü kimi, qanunun tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış sazişin könüllü icra olunmaması və ya icrasında imtina hallarında şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Barışıq sazişinin icra olunmaması və ya icrasından imtina halları olmadıqda, mediasiya prosesi nəticəsində tərəflərin öz aralarında qarşılıqlı razılıq əsasında həll etdiyi eyni məsələ ilə bağlı yenidən məhkəməyə müraciətin olunması Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən istisna edilir. Həmin müddəada göstərilir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinin pozulduğu halda, yəni əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün Mülki Prosessual Məcəllənin 40-7-ci fəslinə uyğun olaraq xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1., 263, 264 və 355-23.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5420/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5420/2023
28.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver