Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5430/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi 6 saylı Bakı “ASAN Xidmət” X3 maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi və dəlilləri Ərizəçi 13 noyabr 1961-cı il tarixində anadan olmuş X7 xx.xx.2024-cü il tarixində, Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 13 noyabr 1961-cı il tarixdə anadan olmuşdur. O, xx.xx.2024-cü il tarixdə qəflətən yaşadığı ünvandan vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün İmişli rayonu, Göbəktala kənd qəbiristanlılğında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması üçün ərazi üzrə qeydiyyat şöbəsində müraciət edilsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə sənədin verilməsindən imtina edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” X4 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İş materiallarında olan şəxsiyyətin vəsiqəsinin surətindən görünür ki, X10 13 noyabr 1961-cı il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cı il tarixində anadan olmuş, onun atası X10, anası isə Ağayeva Zahirədir. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli “Ölüm haqqında Xəbərdarlıq Vərəqəsi”ndən görünür ki, 7 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən xx.xx.2024-cü il tarixində X7 meyiti aşkar edilmişdir. İş materiallarında olan 6 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 ölüm haqqında şəhadətnamə verilə bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN XİDMƏT” X1 24.05 2024-cü il tarixli məktubundan görünür ki, şöbə tərəfindən ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat X7 ölümünün qeydiyyata alınması barədə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və İmişli rayon Göbəktala kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında qeyd etmişdir ki, o, ərizəçinin arvadıdır. X2 xx.xx.2024-cü il tarixində gecə rəhmətə getmişdir. 2024-cü ilin mart ayında onda onkoloji xəstəliyinin olduğu müəyyən edilmişdir. Qan azlığına görə onda nəfəs çatışmamazlığı olmuşdur. Hadisə Bakı şəhərində evdə baş vermişdir. X15 Yardım çağırdıqlarına baxmayaraq, Tibbi Yardım gələnədək Ağayev Yaşar rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında qeyd etmişdir ki, ərizəçi onun qonşusudur. May ayında o, Ağayev Yaşarın gəlinini görmüşdür. O, da demişdi ki, Ağayev Yaşar qan xərçəngi xəstəliyinə tutulub, müalicəyə başlayıblar. Mərhum müalicəyə gedib-gəlirdi. Sonra ayında mərasim maşınını gördük, bildik ki, Yaşar rəhmətə gedib. Onu İmişlidə aparıb basdırdılar. Özü də yaş mərasimlərində iştirak edib. Mərhum Baki şəhəri, ünvan 1 ünvanında vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X10 xx.xx.2024cü il tarixində Bakı şəhərində ölməsi tam sübuta yetirilmişdir. Digər tərəfdən ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X7 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə təsdiq edildiyindən ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 noyabr 1961-cı il tarixində İmişli rayonunda anadan olmuş X7 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5430/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5430/2024
31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver