Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3305/2025 30.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh2 İddiaçı ASC-in xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 664,66 manat əsas borc, 3,75 manat faiz və 42,29 manat cərimə borcu , xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 838,55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1549,55 manat məbləğində borcun və 35,50 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 məxsus ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 126,3 kv.metr, otaqlarının sayı 3 olan 0,08 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsaitin İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsini və ona əlavə edilmiş digər sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş digər sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №12-G-1-0-1491-14 saylı kredit müqaviləsinin digər şərtlərininin 1ci hissəsinə əsasən,bu müqavilə problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri ilə birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən görünür ki, Cavabdeh2 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti iə məşğul olan vergi ödəyicisi qismində vergi orqanında vergi uçotuna alınmış, əsas fəaliyyət istiqaməti sair plastik məmulatların istehsalından ibarətdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən müqavilənin bağlanmasına əsas olan ilkin müqavilə iddia ərizəsinə əlavə edilmədiyindən və bu səbəbdən mülki işin məhkəmə aidiyyətinin müəyyən edilməsi mümkün olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 150.1.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi, ona əlavə edilmiş digər sənədlər və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35,50 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi, ona əlavə edilmiş digər sənədlər geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 35,50 (otuz beş manat əlli qəpik) manat dövlət rüsumu geri qaytarılsın (Qəbz nömrəsi: **********, təsnifat kodu: ********). Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3305/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3305/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver