Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5457/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış 17 aprel 2024cü il tarixli MŞB/8/2024-00741 saylı “Barışıq sazişi”-nin məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-00741 saylı 17 aprel 2024-cü il tarixli “Barışıq Sazişi”nə əsasən birgə nikahdan dünyaya gələn övladı 12 sentyabr 2009-cu il təvəllüdlü X1 və 09 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs ona 01 may 2024-cü il tarixdən etibarən növbəti ayın 1-dən 10dək hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi sazişin alimentə dair şərtləri yerinə yetirilməmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə ərizədə qeyd etdiyi barışıq sazişinin birinci bəndinin təsdiq edilərək cavabdehlə birgə nikahlarından olan övladının saxlanılması üçün hər ay cavabdehdən 235 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs birgə münasibətlərindən 12 sentyabr 2009cu il təvəllüdlü X5 və 09 oktyabr 2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 17 aprel 2024-cü il tarixli, MBŞ/8/2024-00741 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə:
1. Ərizəçi Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs ona xx.xx.2024-cu il tarixdan etibarən növbəti ayın 1-dən 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır.
2. Birinci tərəf: Ərizəçi İkinci tərəf hayat yoldaşı Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır.
3. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.
1. İkinci tərəf Əliyev X4 tərəf Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 1-dən 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
2. İkinci tərəf Əliyev X4 tərəf: Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə ödəyəcəyi aliment məbləği gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür.
3. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Öz üzərinə götürdüyü öhdəliklərini pozduqda, Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Ərizəçi hazırda tərəflər arasında bağlanmış barışıq sazişinin birinci bəndinin təsdiq edilməsini xahiş edir. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
“Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər arasında 17 aprel 2024-cü il tarixində barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış 17 aprel 2024-cü il tarixli, MBŞ/8/2024- 00741 nömrəli barışıq sazişinin birinci bəndi təsdiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 100 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 17 aprel 2024-cü il tarixli, MBŞ/8/2024- 00741 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Ərizəçi Maraqlı şəxs ilə faktiki nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs ona xx.xx.2024-cu il tarixdan etibarən növbəti ayın 1-dən 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf Əliyev X4 tərəf Ərizəçi ilə faktiki nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2009-cu il təvəllüdlü X1 və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən növbəti ayın 1-dən 10-dək hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aygün Həsənova