Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5459/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 Mehdizxan qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 Mehdizxan qızı və Cavabdeh1na qarşı “miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il dekabrın 19-da vəfat etmiş X2 miras qalmış buraxılışı 2000-ci il, ban nömrəsi WDB2020811F996384 olan "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsinin üzərində 5/8 hissədə onun, yəni İddiaçı, 1/8 hissədə X3, 1/8 Cavabdeh2 və 1/8 hissədə Cavabdeh3 Mehdizxan qızının payı müəyyən olunmaqla vərəsəlik hüququnun tanınması və paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verməsinin cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsinin vərəsələr arasında hər birinin payı ¼ hissədə olmaqla vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X11 ilə 2012-ci il tarixdə ailə qurmuş, aralarındakı nikah 2 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində 2013-cü il iyulun 05-də bağlanmış və 16 № ilə qeydə alınmış, həmin nikahdan 2013-cü il avqustun 25-də X1 anadan olmuşdur, həyat yoldaşı X11 2020-ci il dekabrın 19-da vəfat etdikdən sonra buraxılışı 2000-ci il ban nömrəsi WDB2020811F996384 olan "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobili və Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N" hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsi miras olaraq qalmışdır. Həmin torpaq sahəsinə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 2020-ci il iyunun 24-də qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Adı çəkilən minik avtomobili X5 ölümündən sonra və hazırda da onun faktiki sahibliyindədir. Miras açılandan sonra, yəni 2020-ci il dekabrın 19-dan sonra o, X2 qalmış mirasın bir hissəsini qəbul etmiş, yəni yuxarıda adı çəkilən minik avtomobilini qəbul etmiş, hazırda da onun faktiki sahibliyindədir. Digər miras olan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi “N” hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsi və onun üzərində olan, lakin mülkiyyət kimi hüquqi qeydiyyat alınmamış tikili Cavabdeh2 faktiki sahibliyindədir. X5 ölümündən sonra 4 vərəsə, yəni həyat yoldaşı olaraq o, azyaşlı qızı X1, Cavabdeh2 və X4 qalmışdır. Adı çəkilən miras əmlakların 4 vərəsə arasında payları bərabər olmaqla ¼ hissədə bölünməsinə Cavabdeh2 etiraz etmiş, razılıq verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddiaçının dediklərinə əlavə olaraq izahatında bildirdi ki, adı çəkilən miras əmlaklara dair qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsindən ötrü Bakı şəhərinin 18 saylı Notariat Ofisinə müraciət edilmiş, lakin sonuncu 30 aprel 2024-cü il tarixli X-652 №-li məktubla mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötülməsi əsası ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş, məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuş, ona görə də məsələ məhkəmədən kənar öz həllini tapmamış, məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir, cavabdeh notarait ofisinin imtinasını qanunsuz hesab edir, ona görə ki, yuxarıda qeyd etdiyi kimi onun əri X5 2020-ci il dekabrın 19-da ölümündən sonra miras qalmış buraxılışı 2000-ci il, ban nömrəsi WDB2020811F996384 olan “Mercedes Benz C 180” markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobil hazırda da onun sahibliyindədir, mirasın bir hissəsinə yiyələndiyindən qanunla mirası tamamilə qəbul etmiş sayılır, yəni, “Mercedes Benz C 180” markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobil birgə nikah müddətində əldə olunduğundan ½ hissə onun, qalan ½ hissə isə 4 vərəsə arasında bərabər bölünməli, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi “N” hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsi isə 4 vərəsə arasında bərabər bölünməlidir. Mirasın bölüşdürülməsi barədə vərəsələr arasında mübahisə olduğu üçün X2 miras qalmış buraxılışı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən və sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində X1, Cavabdeh2, Cavabdeh3 Mehdizxan qızı və İddiaçı ¼ hissədə, "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı 5/8 hissədə, X1, Cavabdeh2 və Cavabdeh3 Mehdizxan qızının 1/8 hissədə payları müəyyən edilməklə vərəsəlik hüququ tanınmalı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, atası X2 miras qalmış "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 1/8 hissəsində onun, 5/8 hissəsində İddiaçı payının və Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi "N hərbi hissəsinin yaxınlığında 0.03 ha torpaq sahəsində iddiaçının ¼ hissədə payının tanınmasına razıdır. Sonda Cavabdeh3 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. 09 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 ilkin izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan tələbləri qismən qəbul edir, belə ki maşın hissəsində maşınının iddiaçıda qalmasına etiraz etmir. Digər hissədə isə həmin torpaq sahəsi atasının sağlığında alınıb sadəcə sənədləşmə gec olub və hazırda da həmin torpaq sahəsində özü ailəsi ilə birlikdə yaşayır, o səbəbdən iddiaçının həmin sahə üzərində heç bir payı ola bilməz. Sonda Cavabdeh2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə, Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş iş materiallarında olan AZ-İİİ 168471 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2013-cü ildə anadan olmuşdur, onun atası X11, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 158175 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı 867025 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X9 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən və sahəsi 0.03 ha olan torpaq sahəsi xx.xx.2020-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayon icra hakimiyyətinin başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması” haqqında xx.xx.1998-ci il tarixli sərəncamı ilə X7 fərdi yaşayış evinin tikintisi məqsədilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən və sahəsi 0.03 ha olan torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən iş üzrə Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, X5 adında xx.xx.2013-cü il tarixdən "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş AB seriyalı 978370 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** FM *** dövlət qeydiyyat nişanlı "Mercedes Bebz C 180" markalı nəqliyyat vasitəsinin sahibi X8r. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli X-652 saylı məktubdan görünür ki, İddiaçı, ərindən qalmış mirasın qəbul edilməsi müddətinin uzadılması, mirasın qəbulu faktının müəyyən olunması, miras əmlakın bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, X1, Cavabdeh2 və Cavabdeh3 Mehdixan qızı X5 uşaqları, İddiaçı isə onun arvadıdır, X11 və İddiaçı xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsindəki 0.03 ha torpaq sahəsi sərəncam əasında mərhumun adına xx.xx.1998-ci il tarixdə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış, həmin əmlak xx.xx.2020-ci il tarixdə, "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır, iddiaçı miras əmlaklarda payının müəyyən edilməsi üçün notariat orqanına müraciət etmiş, lakin notariat orqanı müddətin ötürlüməsinə görə bundan imtina etmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh3 iddia tələbini tam qəbul edir, digər Cavabdeh2 isə iddia tələbini nəqliyyat vasitəsinə payların müəyyən edilməsi hissəsində qəbul edir, torpaq sahəsi hissəsində qəbul etmir. Bununla belə miras əmlaklar üzərində payların müəyyən edilməsini, iddiaçının vərəsəlik hüququnu istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsindəki 0.03 ha olan torpaq sahəsi və "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mehdixan Novruzovdan qalmış miras əmlak olmaqla, həmçinin Şahrizad Novruzova, Cavabdeh2, Cavabdeh3 və İddiaçı vərəsəlik hüququnu istisna edən hallar olmadığından, eləcə də mübahisəli torpaq sahəsinin mərhum Mehdixan Novruzovun əmlakı kimi İddiaçı ilə arasında nikah bağlanmamışdan əvvəl, nəqliyyat vasitəsinin isə İddiaçı ilə birgə nikahda olarkən qeyd alındığından vərəsələrin miras əmlaklara payları qanunla müəyyən edilmiş qaydada müəyyən edilməldir. Məhkəmə, iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsindəki 0.03 ha olan torpaq sahəsi” üzərində vərəsəlik paylarının müəyyən edilməsinə münasibətdə qeyd edir ki, həmin əmlak Mehdixan Novruzovun əmlakı kimi İddiaçı ilə nikah bağlamamışdan əvvəl, yəni birgə nigahdan əvvəl qeydə alındığından həmin əmlak üzərində vərəsələrin bərabər qaydada payları müəyyən edilməli, vərəsələrin paylarıa uyğun olaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməlidir. Məhkəmə, iddia tələbinin “"Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi” üzərində vərəsəlik paylarının müəyyən edilməsi münasibətdə qeyd edir ki, həmin əmlak Mehdixan Novruzov ilə İddiaçı birgə nikahı dövründə miras qoyanın əmlakı kimi qeydə alındığından və həmin əmlakın ½ hissəsi İddiaçı çatası əmlak hissəsi olduğundan, eyni zamanda cavabdehlər də bu barədə iddia tələbini qəbul etdiyindən əmlakın qalan ½ hissəsi üzərində vərəsələrin bərabər qaydada payları müəyyən edilməli, onun üzərində İddiaçı 5/8 hissədə, digər vərəsələr Şahrizad Novruzova, Cavabdeh2, Cavabdeh3 isə 1/8 hissədə payları müəyyən edilməli, vərəsələrin paylarına uyğun olaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən, mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1274-cü maddəsin əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən, əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarı ilə formalaşdırılmış hüququi mövqeyə əsasən, mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsində yerləşən və sahəsi 0.03 ha olan torpaq sahəsi üzərində X1, Cavabdeh2, Cavabdeh3 Mehdizxan qızı və İddiaçı ¼ hissədə, "Mercedes Bebz C 180" markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı 5/8 hissədə, X1, Cavabdeh2 və Cavabdeh3 Mehdizxan qızının 1/8 hissədə payları müəyyən edilməli, vərəsələrin paylarına uyğun olaraq onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsindəki 0.03 ha torpaq sahəsi üzərində X1, Cavabdeh2, Cavabdeh3 Mehdixan qızı və İddiaçı bərabər olmaqla hər birinin ¼ hissədə, "Mercedes Benz C 180" markalı **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı 5/8 hissədə, X1, Cavabdeh2 və Cavabdeh3 Mehdixan qızının hər birinin 1/8 hissədə payları müəyyən edilsin və həmin paylara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5459/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5459/2024
11.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver