Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5470/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İHakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçi mediasiya prosesi nəticəsində barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi onunla Maraqlı şəxs arasında 15 may 2023-cü il tarixində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutulması tələbinə dair ərizə ilə məhkəməyə Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onunla Maraqlı şəxs arasında birgə övladları olan 08 iyul 2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq əmək haqqı və digər qazancının ¼ hissəsinin aliment kimi tutularaq Ərizəçi ödənilməsi barədə barışıq sazişi imzalamışdırlar. Maraqlı şəxs 2023-cü ilin mart ayından 1175 manat məbləğində alimenti ödəyir. Lakin ərizəçi alimentin maraqlı şəxsin aldığı əmək haqqıdan tutulmasını tələb edir. Belə ki, tərəflər arasında imzalanmış barışıq sazişində məhz bu qayda nəzərdə tutulmuşdur. Maraqlı şəxsin ərizəyə dair münasibəti Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları - Maraqlı şəxs ilə Ərizəçi arasında 15 may 2023-cü il tarixində Barışıq sazişi imzalanmışdır. Barışıq sazişində tərəflər Maraqlı şəxs Ərizəçi alimentin artırılması barədə tələbini qəbul etdiyi, Maraqlı şəxs 08 iyul 2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq əmək haqqı və digər qazancının ¼ hissəsinin aliment kimi tutularaq Ərizəçi ödənilməsi barədə razılaşmışdırlar. - Maraqlı şəxs barışıq sazişinin müddəalarına müvafiq olaraq 2023-cü ilin mart ayından ərizəçiyə 1175 manat məbləğində alimenti ödəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 15 may 2023-cü il tarixli il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Digər tərəfdən maraqlı şəxs hər ay sazişdə müəyyən edilmiş məbləğdə alimenti ərizəçiyə ödəsə də, bu sazişdə müəyyən edilmiş kimi maraqlı şəxsin əmək haqqı və digər gəlirlərindən ¼ hissədə alimenti tutulması qaydasına uyğun deyil. Maraqlı şəxs tərəfindən alimentin onun əmək haqqı və digər gəlirlərindən tutulmasını təmin etmək səlahiyyəti olmadığına görə məhkəmə hesab edir ki, sazişin icrasının təmin etmək məqsədi ilə Barışıq Sazişi təsdiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia alimentin tutulması ilə bağlı olduğundan, iddiaçı isə aliment ödəməkdən azad edildiyinə görə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 15 may 2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Birinci tərəf (Maraqlı şəxs) ikinci tərəfin (Ərizəçi) alimentin artırılması barədə tələbini qəbul edir; - Birinci tərəf (Maraqlı şəxs) 08 iyul 2010-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq əmək haqqı və digər qazancının ¼ hissəsinin aliment kimi tutularaq ikinci tərəf (Ərizəçi) ödənilməsinə etiraz etmir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5470/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5470/2023
21.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver