Məhkəmə qərarları › İş №2(011)-5514/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5514/2021

22.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5514/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İHakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 və onların qanuni nümayəndəsi Qanuni nümayəndə Yuriyevnanın, İddiaçıların nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə İddiaçı1, İddiaçı2 cavabdeh Baki şəhəri 18 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1, İddiaçı2 cavabdeh Baki şəhəri 18 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə Yuriyevna ərizə ilə müraciət edərək, mübahisəni məhkəmədən kənar həll edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqları üçün iddiadan imtina etdiyini qeyd etdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Baki şəhəri 18 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi barədə ərizəsi əsaslı hesab edilərək məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2 cavabdehlər Baki şəhəri 18 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar