Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5533/2025 21.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, İddiaçı Cavabdeh qarşı “əmlakın qiymətləndirilməsi, satışa çıxarılması, investisiya kimi qoyulmuş vəsaitin mübahisələndirilməsi və borc münasibətlərinin hüquqi qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “əmlakın qiymətləndirilməsi, satışa çıxarılması, investisiya kimi qoyulmuş vəsaitin mübahisələndirilməsi və borc münasibətlərinin hüquqi qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini qeyri-müəyyən ifadə edərək, mülkiyyət hüququ və faktiki dəyəri ilə bağlı ziddiyyətləri aradan qaldırmaq məqsədilə bazar dəyərinin müəyyən olunması üçün məhkəmə ekspertizasının təyin edilməsi, əmlakın faktiki dəyərinin ******* manat olduğu nəzərə alınaraq, Anarın həmin əmlakı razılaşdırılmış qiymətdən xeyli aşağı ələ keçirməsi faktına hüquqi qiymət verilməsi, Cavabdeh iddiaçının atasına etdiyi ümumilikdə 330000 manatlıq ödənişin investisiya, faiz vermək kimi qəbul edilməsi və borc yox, kommersiya fəaliyyəti məqsədi daşıması barədə qiymətləndirilmə aparılmasını, cavabdehin Anarın Rafiqlə aralarında sonuncunun arvadı X1 ilə bağladığı 300000 manatlıq formal borc müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsini və əsassız zənginləşmə olduğunun tanınması, əmlaka qoyulmuş həbsin qanuniliyinə yenidən baxılması, əsas olmadığı təqdirdə ləğv olunmasını təmin edilməsini, iş üzrə dövlət rüsumlarının və hüquqi xərclərin cavabdeh tərəfindən ödənilməsinə qərar verilməsini, cavabdehin əməllərinin etibardan sui-istifadə, mənimsəmə və şəxsi nüfuzun alçaldılması xarakteri daşıdığını nəzərə alaraq işin xüsusi ittiham qaydasında baxılması məsələsinə qiymət verilməsi, Cavabdeh ilə Xatirə Əliyeva arasında mövcud olan razılaşma, əqd, borc müqaviləsi, ilkin alqı-satqının ləğv ediməsi, Cavabdehla iddiaçı arasında olan borc müqaviləsinin ləğv edilməsi, villanın qiymətləndirilməsindən sonra satılacaq tərəflər arasında ədalətli bölünməsi borcların ödənilməsi həyata keçirilməsi öhdəliyinin hər üç tərəfə qoyulması, iddianın mümkünlüyü xüsusi ittiham qaydasına ərizə kimi qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbi qeyri-müəyyən şəkildə ifadə edilərək, məhkəmədən birbirilə əlaqədar olmayan müxtəlif tələblərin təmin edilməsi xahiş edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən müvafiq qaydada dövlət rüsumu ödəməli olduğu halda dövlət rüsmunun ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iddia ərizəsinə dövlət rüsumundan azad olunma barədə ərizə əlavə edərək, ağır maliyyə vəziyyətilə əlaqədar bu məbləğdə dövlət rüsumunu ödəməyə imkanın olmadığını bildirmiş, rüsumdan azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsi müəyyən edir ki, iddiaçı müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi təqdim etmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “əmlakın qiymətləndirilməsi, satışa çıxarılması, investisiya kimi qoyulmuş vəsaitin mübahisələndirilməsi və borc münasibətlərinin hüquqi qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsurları aradan qaldırıldıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5533/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5533/2025
21.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver