Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-559/2022 10.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.1972-ci il tarixdə doğulan əri X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X7 xx.xx.1972-ci il tarixdə Naxçıvan MR, Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuşdur. Ərizəçi ilə X7 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 3702-05/15 saylı məktubu ilə ərizəçinin ərinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum əri X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəbirstanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından mərhum əri X5 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirdi ki, mərhum X5 bacısının əridir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 11-12-də Vüqarın öldüyünü eşitdi. Vaksin vurdurmuşdu, dərman qəbul etməli idi, amma etmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş mərhum X5 qardaşı X8 da X1 izahatına uyğun izahat verərək, 7-8 il əvvəl mərhumun əməliyyat olunduğunu bildirdi. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinə görə xx.xx.2021-ci il tarixdə, saat 23:20 radələrində ünvan 1 ünvanında X5 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İH MKTD Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən ərizəçiyə verilmiş xx.xx.2021-ci il tarixli, 76 nömrəli arayışa əsasən X2 rayonu, Buzovna qəbirstanlığında xx.xx.2021-ci il tarixində dəfn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 3702-05/15 saylı məktubunda ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qərarı əsasında qeydə alına bilər. Beləliklə, ərizəçinin və şahidlərin izahatı, eləcə də iş materiallarında olan sübutlar əsasında X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən müddəalara əsasən məhkəmə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2021-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-559/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-559/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver