Məhkəmə qərarları › İş №2(011)-5598/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5598/2024

26.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5598/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi hüquqi faktın - ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X2 anasıdır. Günel Həsənova xx.xx.1986-cı il tarixdə Naxçıvan MR, İliç rayonunun Maxta kəndində doğulmuşdur.

2. Ərizəçi qızının ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-6xx-xx/2024 saylı məktubu ilə ərizəçinin qızının ölümünün qeydə alınmasından imtina edilmişdir.

3. Məhkəmənin sorğusu əsasında müvafiq dövlət orqanları tətəfindən verilmiş yazılı məlumatlarda xx.xx.1986-cı il təvəllüdlü X2 Azərbaycan Respublikası ərazisində pasport qeydiyyatı, yaxud dövlət sərhədindən hərəkəti barədə məlumatın aşkar edilməməsi qeyd edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri

4. Ərizəçi xx.xx.1986-cı il təvəllüdlü mərhum qızı X2 xx.xx.1987-ci il tarixdə Ermənitan Respublikasının Ararat rayonunun Arazdəyən kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, hazırda Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı evdə ailəsi birlkdə yaşayır. Mərhum əri X5 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olublar və Ermənistan Respulikasının Ararat rayonunun Arazdəyən kəndinə gəlin köçmüşdür. Bu nikahdan xx.xx.1986-cı il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Günel Həsənova xx.xx.1897-ci il tarixdə Ermənistan Respulikasının Ararat rayonunun Arazdəyən kəndində vəfat edib və orada da dəfn olunmuş, həmin vaxt mərhum qızının ölümü barədə şəhadətnamə verilmişdir. Lakin qaçqın düşərkən çox sənədləri orada qalmışdır. Həyat yoldaşı Adil Həsənov Bakı şəhərində vəfat etmişdir. Ərindən qalan Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 18C saylı evi vərəsəlik qaydasında adına sənədləşdirmək istəsə də, mərhum qızı Günel Həsənovanın ölüm haqqında şəhadətnaməsi olmadığından hüquqlarından istfadə edə bilmir.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Maraqlı şəxs Bakı şəhəri 6 saylı Bakı “ASAN xidməti” Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, ərizəçi onunb qardaşının arvadıdır. Günel Həsənova 1986-cı ildə doğulmuşdu 9 aydan sonra da ölmüşdü.

10. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Günel Həsənova 1986-cı ilində iyun ayının 21-də ölmüşdü, Günelin dəfn olunmasında özü iştirak etmişdir. Onun səhhətində problem olduğuna görə vəfat etmişdi.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “X1 qeydiyyatı qaydası”

14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

16. Belə ki, məhkəmənin sorğusu əsasında AR ƏN X1 Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli məktubda xx.xx.1960-cı il tarixdə doğulmuş ərizəçinin doğumunun xx.xx.1970-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun nikah evində qeydiyyata alınması, xx.xx.1987-ci il tarixdə Naxçıvan MR-nın Sədərək rayonunun Dəmirçi icra nümayəndəliyində xx.xx.1950-ci il təvəllüdlü X5 ilə nikah bağlamaları, sonuncunun xx.xx.2019-cu il tarixdə ölməsi ilə əlaqədar bu nikaha xitam verilməsi, “Vətəndaşlıq vəziyyəti altarı” avtomatlaşdırılmış informasiya sistemində ərizəçinin xx.xx.1986-cı il təvəllüdlü Günel, xx.xx.1987-ci il təvəllüdlü Pərviz adlı övladlarının doğumuna dair məlumatların aşkar edilməsi qeyd edilmişdir.

17. Həmçinin, məhkəmənin sorğusu əsasında AR DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda xx.xx.1986-cı il təvəllüdlü X2 qeydiyyatı barədə, AR Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş məktubunda isə xx.xx.1986-cı il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatların aşkar edilməməsi bildirilmişdir.

18. Məhkəmə baxışında izahatları alınmış şahidlər isə X2 həqiqətən də xx.xx.1987ci il tarixində ölməsi, onun orada dəfn olunmasını bildidilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X1 qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

20. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1987-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X2 xx.xx.1987-ci il tarixində Ermənistan Respublikası, Ararat rayonu, Arazdəyən kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar