Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5601/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçi Faktor Lizinq MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Faktor Lizinq MMC-nin Maraqlı şəxs qarşı “xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Faktor Lizinq MMC Maraqlı şəxs qarşı “xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi MMC arasında bağlanmış 02 iyul 2020-ci il tarixli, D056 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasıya vasitəsilə həlli üçün Faktor Lizinq MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasıya sessiasyası nəticəsində Maraqlı şəxs ilə 05 iyul 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi üzrə Borclunun öhdəliyi 41000 manat ilkin ödəniş edildikdən sonra 72775 manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 ay ödəniş qrafikınə uyğun olaraq müddətinə verilir. Sazişdə qeyd olunan müddət ərzində Maraqlı şəxs tərəfindən heç bır ilkin ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında ərizəçi Faktor Lizinq MMC-nin nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 MMC (tələbkar) ilə Maraqlı şəxs (borclu) arasında bağlanmış 9 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Barışıq sazişinin 1-ci bəndindən görünür ki, tələbkar 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti 02 iyul 2023 il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla tələbkara ödəyir. Sazişin 2-ci bəndinə görə müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəh., Nərimanov ray., X7 küç.,B. 15B, m.21 // Bakı şəh., Nərimanov ray., X7 küç 91, M.7, m.1 saylı mənzili Borclunun istifadəsində qalır. Sazişin 3-cü bəndinə görə tərəflər razılaşırlar ki 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 44138 manat ilkin ödəniş edildikdən sonra 130500 (bir yüz otuz min beş yüz) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) ay ödəniş qrafıkinə uyğun olaraq müddətinə verilir. Sazişin 4-cü bəndinə görə borclunun tələbkara hər ay ödəməli olduğu məbləğ 12531 (on iki min beş yüz otuz bir) manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 5-i təyin edilir. Həmin gün qeyri iş günü olarsa ödəniş növbəti iş günüdən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Sazişin 5-ci bəndinə görə ilkin ödənişin xx.xx.2022 tarixinə qədər ödənilməsi və ödənişlərin borcun ödənilməsi üçün müəyyən olunmuş möhlət müddətinin istənilən vaxtı 2 (iki) aylıq ödəniş məbləği həcmində gecikdiriiməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir. Sazişin 6-cı bəndinə görə əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırlaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır. Sazişin 7-ci bəndinə görə bu Sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra on geci 5 (beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir. Sazişin 8-ci bəndinə görə tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir. Sazişin 9-cu bəndinə görə borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir. Sazişin 10-cu bəndinə görə tam mediasiya sessiyası xərcini 50 manat məbləği Faktor Lizinq MMC ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə ərizəçi Faktor Lizinq MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 MMC (tələbkar) ilə Maraqlı şəxs (borclu) arasında bağlanmış 9 saylı mediasiya təşkilatında qeydiyyatdan keçmiş mediator X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tələbkar 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya möhlət verir. Bu məqsədlə həmin müqavilənin müddəti 02 iyul 2023 il tarixədək uzadılır. Borclu isə bu müddət ərzində borcu hər ay bərabər məbləğlərdə olmaqla tələbkara ödəyir.
2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi B. 15B, m.21 // Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 91, M.7, m.1 saylı mənzili borclunun istifadəsində qalır.
3. Tərəflər razılaşırlar ki 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 44138 manat ilkin ödəniş edildikdən sonra 130500 (bir yüz otuz min beş yüz) manat müəyyən olunur və illik 27% lizinq mükafatı olmaqla olmaqla 12 (on iki) ay ödəniş qrafıkinə uyğun olaraq müddətinə verilir.
4. Borclunun tələbkara hər ay ödəməli olduğu məbləğ 12531 (on iki min beş yüz otuz bir) manat müəyyən olunur. Ödənişin aparılmalı olduğu gün hər ayın 5-i təyin edilir. Həmin gün qeyri iş günü olarsa ödəniş növbəti iş günüdən gec olmayaraq həyata keçirilməlidir. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir.
5. İlkin ödənişin xx.xx.2022 tarixinə qədər ödənilməsi və ödənişlərin borcun ödənilməsi üçün müəyyən olunmuş möhlət müddətinin istənilən vaxtı 2 (iki) aylıq ödəniş məbləği həcmində gecikdiriiməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.
6. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldırlaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.
7. Bu Sazişlə müəyyən olunmuş borc borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 02 iyul 2020-ci il tarixli D056 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra on geci 5 (beş) iş günü ərzində tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.
8. Tərəflərin bu Barışıq sazişinin şərtlərini pozması sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir.
9. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.
10. Tam mediasiya sessiyası xərcini 50 manat məbləği Faktor Lizinq MMC ödəməyi öhdəsinə götürür. Barışıq sazişi 3 nüsxədə tərəflərin hər birinə vermək üçün tərtib edilir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sərdar Mehrəliyev