Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5654/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixində Sabirabad rayonu Yatıqobu kəndində doğulmuş (Sabirabad rayon Kürkəndi kənd inzibati nümayəndəliyində xx.xx.1987 tarixli, 125№li doğum haqqında akt qeydinə əsasən) X1 və xx.xx.1987-ci il tarixində Sabirabad rayonu Cavad kəndində doğulmuş (Sabirabad rayon Cavad kənd inzibati nümayəndəliyində xx.xx.1987 tarixli, 133№li doğum haqqında akt qeydinə əsasən) X2 və ölüm faktının müəyyən edilinəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixində Sabirabad rayonu Yastıqobu kəndində doğulmuş X1 xx.xx.1987ci il tarixdə Sabirabad rayonu, Cavad kəndində və xx.xx.1987-ci il tarixində Sabirabad rayonu Cavad kəndində doğulmuş X2 xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu Cavad kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi mərhum həyat yoldaşı X7 ilə xx.xx.1986cı il tarixdə rəsmi nikaha daxil olmuş və nikah Sabirabad rayon XDS İcraiyyə Komitəsində qeydiyyata alınmışdır. Həyat yoldaşı N.Muradova uzun sürən ağır xəstəlikdən sonra xx.xx.2024-cü il tarixdə ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Birgə nikah dövründə X8, X10, X11, X12, X14 dünyaya gəlmişdirlər. Bu uşaqlardan ilk ikisi doğumundan bir müddət sonra xəstəlik səbəbindən 1987-ci ildə vəfat etmişlər. Pərviz 1987-ci ilin 11 iyun tarixində, Elvin isə 1987-ci ilin 14 dekabr tarixində vəfat etmiş və Sabirabad rayon Qalağayın kənd qəbirstanlığında dəfn edilmişdirlər. Bu hadisə barədə onlarla şahid (qohum, kəndin qonşuları, dəfndə iştirak edənlər və s.) mövcuddur və məhkəməyə təqdim edə bilərik. Ərizəçi bildirir ki, hər iki uşağın dəfnindən sonra onların ölüm haqqında şəhadətnamələrinin alınması məsələsi çox güman ki, həmin vaxt düşdüyü mənəvi-psixoloji vəziyyətlə (ilk uşağın vəfatı, mərhum həyat yoldaşının ağır müalicəsi və s.), eyni zamanda onun işlərindən dolayı müxtəlif rayonlarda aqronom kimi çalışmağında əlaqədar olaraq təxirə düşmüş və ölüm haqqında şəhadətnamə alınması qalmışdır. Məsələ üzərindən 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq indiyə qədər hər iki uşağın ölümünün qeydiyyata alınmaması ərizəçiyə heç vaxt heç bir hüquqi maneə, problem yaratmadığına görə ölümün qeydiyyata alınmasına zərurət yaranmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, X8 xx.xx.1986-cı il tarixdə Sabirabad rayonu, Yastıqobu kəndində anadan olmuşdur, atası Ərizəçi, anası X3r. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, X10 xx.xx.1987-cı il tarixdə Sabirabad rayonu Cavad kəndində anadan olmuşdur, atası Ərizəçi, anası X3r. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli , ********** saylı qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilən rəydən görünür ki, xx.xx.1986-cı ildə Sabirabad rayonunun Yastıqobu kəndində anadan olaraq Sabirabad rayonunun Cavad kəndində yaşamış və xx.xx.1987-ci il tarixdə vəfat etmiş X1 və xx.xx.1987-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olaraq orda yaşamış və xx.xx.1987-ci ildə vəfat etmiş X2 ölümlərinin dövlət qeydiyyatına alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli Sabirabad rayonu, Qalaqayın kənd cümə məscidi dini icması tərəfindən verilən arayışdan görünür ki, Sabirabad rayon Yastıqobu kənd sakini xx.xx.1986-cı il təvəllüdlü X8 və Cavad kənd sakini xx.xx.1987-ci il təvəllüdlü X10 müvafiq olaraq xx.xx.1987-ci il və xx.xx.1987-ci il tarixlərdə Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən “Xan bağı” qəbirstanlığında dəfn olunmuşlar. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Sabirabad rayon, Bulaqlı kəndində ölmüşdür İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, X4 xx.xx.2007-ci il tarixdə Sabirabad rayon, Bulaqlı kəndində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, mərhumların dayısıdır, X8 və X10 1987-ci il də Sabirabad rayonunun Cavad kəndində vəfat ediblər, Sabirabad rayonunun Qalaqayın kəndində dəfn edilmişlər, o da dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, mərhumların dayısıdır, X8 və X10 1987-ci il də Sabirabad rayonunun Cavad kəndində vəfat ediblər, Sabirabad rayonunun Qalaqayın kəndində dəfn edilmişlər, o da dəfn mərasimində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1986-cı il tarixində Sabirabad rayonu Yastıqobu kəndində doğulmuş X1 xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu, Cavad kəndində və xx.xx.1987-ci il tarixində Sabirabad rayonu Cavad kəndində doğulmuş X2 xx.xx.1987-ci il tarixə Sabirabad rayonu Cavad kəndində ölmələri tam sübuta yetirildi. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixində Sabirabad rayonu Yastıqobu kəndində doğulmuş X1 xx.xx.1987-ci il tarixdə, xx.xx.1987-ci il tarixində Sabirabad rayonu Cavad kəndində doğulmuş X2 isə xx.xx.1987-ci il tarixdə Sabirabad rayonunda ölmələrinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5654/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5654/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver