Məhkəmə qərarları › İş №2(011)-5671/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5671/2021

26.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5671/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 26.07.20201-ci il tarixli məhkəmə iclasında Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək 22.07.1961-ci il təvəllüdlü X1 19.06.2021-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, X3 onun həyat yoldaşıdır, o, 22.07.1961-ci il tarixdə Fizuli rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında yaşamışdır, yoldaşı uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi, 19.06.2021-ci il tarixdə gecə yarısı yoldaşının səhhəti qəfil pisləşdiyindən təcili yardım çağırmışlar, təcili tibbi yardım həkimləri onu xəstəxanaya aparmışlar, lakin onun həyatını xilas etmək mümkün olmamış, həmin günü keçinmişdir, onu həmin gün Beyləqan rayon Peygəmbər ziyarətgahı qəbirstanlığında dəfn etmişlər, daha sonra ölüm haqqında şəhadətnamənin alınması üçün həyat yoldaşının qeydiyyatda olduğu Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə verilməmişdir, bu səbəbdən də, məhkəməyə müraciət etməsindən başqa çıxış yolu qalmamışır. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 25.05.1981-ci il təvəllüdlü X6 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhumə onun anasıdır, anası uzun müddət şəkər xəstəliyindən əziyyət çəkirdi, 19.06.2021-ci il tarixdə atası ona zəng edərək anasının qəfil halının pisləşdiyini, buna görə təcili yardım çağırdığını, təcili yardım onu xəstəxanaya aparana kimi artıq keçindiyini bildirmişdir, onun vəfatından sonra anasını həmin gün Beyləqan rayon Peygəmbər ziyarətgahı qəbirstanlığında dəfn etmişlər, anasının dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında 15.02.1954-cü il təvəllüdlü X7 şahid qismində ifadə verərək bildirmişdir ki, mərhumə onun dayısı qızı, ərizəçi isə xalası oğludur, dayısı qızı həmişə yüksək şəkər xəstəliyindən əziyyət çəkirdi, 19.06.2021-ci il tarixdə Ərizəçi onlara zəng edərək Gülsarənin qəflətən vəfat etdiyini bildirmişdir, mərhuməni həmin gün Beyləqan rayon Peygəmbər ziyarətgahı qəbirstanlığında dəfn etmişlər, özü dəfndə iştirak etmişdir. İş materiallarında olan ASAN 2 tərəfindən 09.12.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı 17085855 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 22.07.1961-cı il tarixdə Fizuli rayonu, Yuxarı Əbdürəhmanlı kəndində doğulmuşdur, yaşayış yeri ünvan 2dir. İş materiallarında olan TƏBİB-nin 38 saylı şəhər poliklinikasının 206 saylı 24.06.2021-ci il tarixli məktubundan görünür ki, Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına əsasən ünvan 1 ünvanında yaşamış 22.07.1961-ci il təvəllüdlü X2 tərəflərindən ölüm haqqında sənəd vermək mümkün deyil. İş materiallarında olan 7 saylı Təcili və təxirəsalınmaz X8 19.06.2021-ci il tarixli, xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə aqonal vəziyyətdədir, 2 saylı şəhər klinik xəstəxanasının qəbul şöbəsində xəstəyə baxış keçirildi, xəstədə həyat əlamətləri yox idi. İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti "xxxx" MMC-nin 09.07.2021ci il tarixli 05 saylı arayışdan görünür ki, 22.07.1961-ci il təvəllüdlü X3 19.06.2021-ci il tarixində Beyləqan rayon X5 qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan ASAN 2 tərəfindən 09.12.2016-cı il tarixdə verilmiş Azərbaycan Respublikasının vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs 29.06.2021-ci il tarixli, 2192-05/15 saylı məktubundan görünür ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 22.07.1961-ci il təvəllüdlü X3 19.06.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, ərizəçi mərhumun ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 22.07.1961-ci il təvəllüdlü X1 19.06.2021-ci il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22.07.1961-ci il təvəllüdlü X1 19.06.2021-ci il tarixdə Bakı şəhərində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar