Məhkəmə qərarları › İş №2(011)-5692/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5692/2024

22.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5692/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X4 xx.xx.1943-cü il tarixdə doğulmuş, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Məhkəmə Tibbi Ekspertiza və X3 Xətai rayon şöbəsinin 001828 nömrəli xx.xx.2000-ci il tarixli Tibbi arayışından görünür ki, X4 xx.xx.2000-ci il tarixdə yaşadığı evdə bədbəxt hadisə (yanğın) zamanı bədəninin termiki yanığı nəticəsində vəfat etmişdir. Atası Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. X2 xx.xx.1947-ci il tarixdə doğulmuş, xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Təcili Tibbi yardım Stansiyasının arayışından (Siqnalnıy list) görünür ki, X6 xx.xx.1997-ci il tarixdə yaşadığı evdə xroniki böyrək çatışmazlığından vəfat etmişdir. Anası Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Valideynlərinin heç birinə ölüm haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi bunun üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin şöbənin xx.xx.2023-cü il tarixli məktubları ilə həm atası, həm də anası üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda ərizəçinin əmlak hüquqlarının həyata keçirilməsi üçün müəyyən sənədləşmə zərurəti yaranmışdır ki, bunun üçün valideynlərinin ölüm şəhadətnamələri tələb olunmuşdur. Buna görə də, məhkəmə qaydasında atası X1 və X2nın ölüm faktının müəyyən edilməsi zəruridir. Ərizəçi göstərilənləri nəzərə alaraq, X1 ölüm faktının müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi və X5 ölüm faktı müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktlarının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan **********1 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kifayət Hümbətova 20 avqust 1970ci il tarixdə Gürcüstan Respublikası Dmanisi şəhərində anadan olmuşdur, atası Dilman Hümbətov, anası isə Səadət Hümbətovadır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X3 Xətai rayon şöbəsinin 001828 nömrəli xx.xx.2000-ci il tarixli Tibbi arayışından görünür ki, X4 xx.xx.2000-ci il tarixdə yaşadığı evdə bədbəxt hadisə (yanğın) zamanı bədəninin termiki yanığı nəticəsində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili Tibbi yardım Stansiyasının 08 iyun 1997-ci il tarixli arayışından (Siqnalnıy list) görünür ki, X6 08 iyun 1997-ci il tarixdə yaşadığı evdə xroniki böyrək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X4 (xx.xx.1943-xx.xx.2000) və X6 (xx.xx.1947-xx.xx.1997) dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 28 aprel 2023-cü il tarixli, 3-16-5/8-76-191/2023 və 3-16-5/8-76-192/2023 saylı məktublarından görünür ki, X5 və X1 ölümünün qeydə alınması ilə bağlı müraciətlərə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, xx.xx.1943-cü il təvəllüdlü X1 xx.xx.2000-ci il tarixdə və xx.xx.1947-ci il təvəllüdlü X5 08 iyun 1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1943-cü il təvəllüdlü X1 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində və xx.xx.1947-ci il təvəllüdlü X5 08 iyun 1997-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 və X5 adına ölüm haqqında şəhadətnamələrin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar