Məhkəmə qərarları › İş №2(011)-571/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-571/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-571/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi”tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 may 1929-cu il tarixdə anadan olmuş Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının ölməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə ərizəçinin nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi anası Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızını sonuncu dəfə 2004- 2005-ci il tarixlərdə görmüş, bundan sonra onunla əlaqəsi kəsilmişdir, onun itkin düşməsi və ya ölməsi ilə bağlı hər hansı məlumatı olmamışdır. Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı 15 may 1929-cu il tarixdə Xankəndi şəhərində anadan olmuşdur. Bu barədə ona SSR tərəfindən verilmiş pasportun surətini iddia ərizəmizə əlavə edirik. Ərizəçi anasının itkin düşməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinə müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı Səbuhi Hüseynov HK-1/1446 saylı material üzrə araşdırma aparmış və xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunmuş, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli məktubla qeyd olunmuşdur ki, vətəndaş X4 itkin düşməsi ilə bağlı DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat daxil olmamışdır. Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının qeydiyyat ünvanı barədə tərəfimizdən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmuşdur. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-15341/24 nömrəli cavab məktubu ilə müəyyən olunmuşdur ki, Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının qeydiyyat ünvanı ünvan 1ır. 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/2512 saylı məktubu ilə qeyd olunmuşdur ki, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X3 müraciət etməmişdir. Bundan başqa, tərəfimizdən Respublika Psixiatriya Xəstəxanasına Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının xəstəxanaya yerləşdirilməsi, orada müalicə olunması və yaxud orada vəfat etməsi və vəfat etdikdən sonra harada dəfn olunması barədə Sorğu ilə müraciət olunmuş, Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 7540 nömrəli cavab məktubu ilə Mirzoyeva (Mirzayeva) Tamella Xeybər qızının arxiv məlumatına görə həmin xəstəxanada müailəcədə olmadığı müəyyən olunmuşdur. Bundan başqa, tərəfimizdən Dövlət Sərhəd Xidmətinə Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının dövlət sərhədindən hərəkətləri barədə məlumat verilməsi üçün Sorğu göndərilmiş, Dövlət Sərhəd Xidmətinə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumatı qeydə alınmamışdır. Bundan əlavə, tərəfimizdən Respublika Təcili və X12 Mərkəzinə Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının adına müraciətin daxil olunub-olunmaması barədə Sorğu ilə müraciət olunmuş, Respublika Təcili və X12 Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 18-1-88/2- 922/2024 saylı cavab məktubu ilə qeyd olunmuşdur ki, çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün son bir il üçün Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının adına "RTTTYM"-nǝ çağırış daxil olmamışdır. Tərəfimizdən Bakı şəhəri Nəsimi rayon Qeydiyyat X1 ölümünün qeydə alınması barədə ərizə ilə müraciət olunmuşdur. Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-15-1668/2024 nömrəli cavab məktubu ilə qeyd olunmuşdur ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. xx.xx.1954-cü il tarixdə verilmiş, No 268194 nömrəli doğum haqqında Şəhadətnamədən müəyyən olunur ki, xx xxxx 1954-cü il tarixdə doğulmuş Ərizəçi atası X14, anası isə X6r, ərizəçinin anasının harada olmasının məlum olmaması ona miras əmlakla bağlı sənədləşməyə çətinlik törədir, ona görə də hesab edir ki, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının bu günə qədər ondan heç bir xəbərin olmaması onun xəbərsiz itkin düşmüş hesab olunmasına əsas verir. Sonda ərizəçinin nümayəndəsi və vəkili ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi və maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat şöbəsinə məlumat verilsə də, ərizəçi və Nəsimi rayon Qeydoyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bununla belə tərəflər məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirdi ki, “ərizəçi mənim xalamdır, xəbərsiz itkin düşən şəxs isə nənəmdir, onu son dəfə 2000-ci ildə görmüşəm, özü 20 yanvar ərazisində qalırdı, onun qızı, yəni xalam ilə hər yeri axtardıq, onu tapmaq üçün, amma nəticə vermədi. Mən özüm sual verirdim ki, nənə hardadır? Məhz sonradan axtarışlara başladıq, ruhi xəstə idi. Xankəndidən idi və torpaq həsrəti ilə yanırdı, daima torpağını istəyirdi, o heç zaman inanmırdı ki, torpağı işğal olub”. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 bildirdi ki, “ərizəçi atamın dayısı qızıdır. Xəbərsiz itkin düşən şəxsin adı Tamilladır. Əvvəl Xankəndidə qonşu olmuşuq onlarla. 20 yanvar ərazisində qalırdı. 2001-ci ildə görmüşəm son dəfə onu. Ruhi xəstə idi. Qızı Ramilə ilə yola getmirdi. Özü də tərs adam idi. 1988-ci ildə torpaqlar işğal olunan zaman onlar oradan çıxmaq istəmirdilər. Mən onları əsir düşməsinlər deyə, meşə ilə çıxartdım oradan. Qızı imtahandan kəsildi və onunla da çökdü, qızı öz anasını döyürdü, son illər onlara gedəndə deyirdi bizə ki, siz basqasına gəlmisiz, həmişə Tamilla bizə deyirdi ki, Xankəndiyə gedəcəm. Biz onu çox axtardıq amma tapa bilmədik”. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərarın surətindən görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində ünvan 2 ünvanında yaşayan Ərizəçi Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət edərək 2000-ci il tarixdə anası X8 yaşadığı ünvandan çıxıb getməsi və onunla bir daha əlaqə saxlaya bilməməsi barədə toplanmış materialda itkin düşmə faktı təsdiqini tapmadığından, sübut yetərsizliyi mövcud olduğundan, həmçinin materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1; 86; 207.5.2 və 212.1 maddələrinə əsasən material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktublarıdan görünür ki, Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan AR SN-nin “Respublika psixiatriya xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 7540 saylı məktubundan görünür ki, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan AR SN-nin 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli 1/2512 saylı məktubundan görünür ki, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı son 10 ildə stasionar müalicə üçün 2 nömrəli klinik psixiatriya xəstəxanasına müraciət etməyib. İş materiallarında olan AR DİN-nin Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-15341/24 saylı və xx.xx.2025-ci il tarixli 18/2-1202/25 saylı məktublarından görünür ki, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı xx.xx.1993-cü il tarixdən hazırkı vaxtadək Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Tbilisi prospekti, ev 46, mənzil 52 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş X4 itkin düşməsi barədə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat daxil olmamışdır. İş materiallarında olan AR Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2025-ci il tarixli 25/6/11 saylı məktubundan görünür ki, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı barəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində məlumat qeydə alınmamışdır. İş materiallarında olan MKTB-nin 23 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 09 saylı arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Tbilisi prospekti, ev 46, mənzil 52 ünvanında X8 və onun qızı X9 qeydiyyatdadırlar. Mənzildə yaşayış yoxdur. Onların harada yaşamaları 23 saylı MKİS-də heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 068719 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Tbilisi prospekti 46, 52 saylı mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 747saylı reyestr kitabında xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan 7 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X13 xx.xx.1996-cı ildə ölmüşdür. Ölümün səbəbi: durğunluq ürək çatmamazlığı, ölümün qeydə alındığı yer: Maraqlı şəxsdir. İş materiallarında olan Qaçqınların və məçburi köçkünlərin işləri üzrə dövlət komitəsinin 1795 saylı xx.xx.2004-cü il tarixli arayışının surətindən görünür ki, X8 həqiqətən Xankəndi rayonundan məcburi köçkündür. İş materiallarında olan Seriya AA 100621 saylı Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, 1929-cu il tarixdə Xankəndində doğulmuş, Xankəndini 1988-ci il tarixdə tərk etmiş və Nəsimi rayonunda məskunlaşmış X7 xx.xx.2005-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1668/2024 saylı məktubundan görünür ki, X5 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. İş materiallarında olan “TƏBİB” Publik hüquqi şəxs “Respublika Təcili və Təxitrəsalınmaz Tibbi yardım mərkəzi” publik hüquqi şəxs tərfəfindən xx.xx.2024-cü il tarixli 18-1-88/2-922/2024 saylı məktubundan görünür ki, çağırış vərəqələri üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün son bir il üçün Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının adına "RTTTYM"-nǝ çağırış daxil olmamışdır. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Xankəndi şəhərində anadan olmuş xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Tbilisi prospekti, ev 46, mənzil 52 ünvanında qeydiyyatdadır, 2005-ci ildən (məcburi köçkün vəsiqəsinin verildiyi tarix) etibarən onun olduğu yer məlum deyil və həmin vaxtdan etibarən o, yaşayış yerində görünməmişdir, ərizəçi onun qızıdır. Bununla belə, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının xəbərsiz itkin düşməsi haqqında son məlumatın alınması tarixi məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı 2005-ci ildən, yəni iki ildən də çox müddətdir ki, yaşayış yerində görünmədiyindən, onun olduğu yer hazırda məlum olmadığından qanunvericiliyin tələblərini nəzərə alaraq, o, xəbərsiz itkin düşmüş hesab edilməlidir. Məhkəmə, xəbərsiz itkin düşmüş hesab edilmə müddətinin hesablanmasına münasibətdə isə məhkəmə hesab edir ki, Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızının itkin düşməsi haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadığından, onun yaşayış yerində sonuncu dəfə 2005-ci ildə göründüyünü nəzərə alaraq, şəxsin xəbərsiz itkin düşmüş sayılması üçün müddətin hesablanması növbəti ilin, yəni 2006-cı ilin yanvar ayının 1-dən başlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən, xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmuiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı xx.xx.2026-ci ildən xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1929-cu il təvəllüdlü Mirzoyeva (Mirzəyeva) Tamella Xeybər qızı xx.xx.2006-ci ildən xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar