Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5741/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda xx.xx.1946-cı il təvəllüdlü - X1 xx.xx.2024-cü tarixdə saat 07:20 radələrində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, xx.xx.1946-cı il təvəllüdlü - X1 xx.xx.2024-cü tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası xx.xx.1946-cı il təvəllüdlü - X6 xx.xx.2024-cü tarixdə saat 07:20 radələrində vəfat etmiş, 103-ə zəng edilmiş, hadisə yerinə X7 Biriqadası gəlmişdir və qadın cinsli meyid həkimə qədər ölüm diaqnozu qoyulmuşdur. Ərizəçinin mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün 7 saylı polikilinikadan ölənin poliklinikada qeydiyatı aşkar edilmədiyi üçün 6 Saylı ASAN Xidmətə müraciət edilmiş, tərəflərindən anasının ölüm haqqında şəhadətnaməsini verməkdən imtina edərək məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1946cı il tarixdə Fizuli rayonunda anadan olmuşdur. İş materiallarında olan, 6 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan Digah Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Abşeron rayonu, Digah qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-cı il tarixdə anadan olmuş, ana adı qrafasında X5 qeyd olunmuşdur. İş materiallarında olan Mənzil Kommunal Təsərrüfatı Birliyi 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Ərizəçi verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum anası X5 ölən gününə kimi Bakı şəhər, Xətai rayon, İ.İsmayılov küçəsi, ev 44, mənzil 2 ünavnında qeydiyyatda olub. İş materiallarında olan, Təcili və təxirəsalınmaz X9 Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Polad Həşimov 31/1v ünvanında X2 məxsus qadın cinsli meyit aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “ Bakı Baş Səhiyyə Mərkəzi” X13 Zığ Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubla bildirmişlər ki, X1 şəxsiyyət vəsiqəsində ünvanı Fizüli rayonu, Pirəhmədli küçəsidir, Zığ Sağlamlıq Mərkəzində hər hansı bir xəstəliklə bağlı müarciət edilmədiyindən və heç bir qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamə( Forma 106) vermək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, mərhum onun anasıdır, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında, qardaşı gilin evində vəfat etmiş, Digah qəbirstanlığında dəfn edilmiş, o da dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, mərhumun gəlinidir, yüksək təzyiqi olmuş, tibbi yardım çağırılmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə saat 07:20 radələrində, ünvan 1 ünvanında vəfat etmiş, Digah qəbirstanlığında dəfn edilmiş, o da dəfn mərasimində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçinin, şahidlərin ifadələri və işin digər materialları ilə xx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi tam sübuta yetirildi. qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5741/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5741/2024
05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver