Məhkəmə qərarları › İş №2(011)-5747/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5747/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5747/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət Mərkəzi olmaqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi yazılı ərizə təqdim edərək bildirmişdir ki, X7 Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, mənzil 20-də dünyasını dəyişmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, xx.xx.1983cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir, oğlu içkiylə, narkotikdən istifadə etmiş, orqanlarına çox ziyan vurmuşdur, onu tapanda qolunda iynə olmuşdur, oğlu dünyasını dəyişdikdən əvvəl onun vəziyyəti ağılaşdıqda dərhal təcili və X4 stansiyası çağırılmış, xəstənin vəziyyəti barədə məlumat verimişdir, lakin onlar gələnədək artıq dünyasını dəyişmişdir, buna görə ona ölüm haqqında xəbərdarlı vərəqəsi verilmişdir, oğlu yaxın qohumlarının iştirakı ilə mərhum Şamaxı rayonunda, X11ində dəfn olunmuşdur, oğlu AZ tv-də operator işləmiş, 500 manat maaş alırdı, onun bir övladı var, maaşın onun övladına verilməsini istəyir, ölüm haqqında şəhadətnamənin alınması üçün bir çox orqana müraciət etmişdir, 7 nömrəli poliklinikadan və 6 saylı Asan xidmət Mərkəzindən şəhadətnamə verilməsindən imtina edilmişdir, ona məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət Mərkəzinə məlumat verilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1969-cu il təvəllüdlü X1 şahid qismində ifadə verərək bildirmişdir ki, Şamaxı rayonunda anadan olmuşdur, mərhum 11 avqustda vəfat etmişdir, mərhumun vəfat etdiyi gün ərizəçi - bibisi oğlu ona zəng etmiş, ondan gəlməsini xahiş etmişdir, Xətai rayonunda evə gəldikdə görmüşdür ki, mərhum yaşadığı vəziyyətdə hamamda, uzanıqlı vəziyyətdə dünyasını dəyişmişdir, mərhum evli idi, o, səhəri gün 12 avqustda Şamaxı şəhərində dəfn edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında xx.xx.1963-cü il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçi qaynıdır, yay aylarında - avqust ayında o zəng etmişdir, Fazilin Xətai rayonunda yerləşən evinə gəldikdə görmüşdür ki, onun oğlu hamamda uzanıb, evdə 2-3 nəfər cavan qonşular da var idi, daha sonra mərhumu Şamaxıda dəfn etmişdirlər. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 62 №-li Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:45-də Mehmandarov 8, m 20 ünvanına X7 adına çağırış yerinə gələn 7 saylı bölmənin həkimi İsmayılova Ülkər həkiməqədər ölüm diaqnozu qoymuş və kişi cinsli meyid aşkar etmişdir. İş materiallarında olan 7 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 660 №-li “Ölüm arayışının verilməməsi barədə” Arayışdan görünür ki, xx.xx.1983cü il təvəllüdlü X7 xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanda rəhməyə getmişdir, mərhum son 1 il ərzində poliklinikaya hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi və ambulator tibb kartası olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma N106) verməsi mümkün olmamışdır. İş materiallarında olan İX-JQ seriyalı 290972 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 yanvar 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Ərizəçi, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05\Q-1607\15 saylı məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydə alınması həmin şöbə tərəfindən mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının X11 İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 avqust 2022ci il tarixli 24 saylı Məlumatdan görünür ki, X7 11 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, 12 avqust 2022-ci il tarixdə Şamaxı rayonu, X11 qəbirstanlığında saat 11:30 radələrində dəfn olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində Bakı şəhəri General Mehmandarov küçəsi ev 8, mənzil 20-də vəfat etmiş, Şamaxı rayonu, X11 qəbirstanlığında dəfn olunmuşdur, ərizəçi mərhumun atasıdır, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ev şəraitində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar