Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5756/2025 07.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanılmış 03 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00201 nömrəli barışıq sazişi şərtlərinin aliment ödənilməsinə dair ikinci bəndinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 07 iyun 2019-cu il tarixdə 1259 saylı qeydlə maraqlı şəxslə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 28 aprel 2020-ci il təvəllüdlü X6, 16 noyabr 2021-ci il təvəllüdlü X4 və 28 fevral 2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Maraqlı şəxslə nikahları faktiki pozulmuşdur. Maraqlı şəxslə aralarında nikahın pozulması, aliment və uşaqla ünsiyyət ilə bağlı keçirilmiş mediasiya prosesində 03 aprel 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi alimentə dair hissədə maraqlı şəxs tərəfindən könüllü icra edilmir. Belə ki, maraqlı şəxs öz öhdəliklərini icra etməyərək, aliment ödəmir. Bu səbəbdən barışıq sazişinin aliment hissəsinin təsdiq olunmasına zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 341327 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ağamaliyeva (Məmmədova) Durna Məhəmməd qızı arasında 07 iyun 2019-cu il tarixdə nikah bağlanmış və 1259 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Ərizəçi, Maraqlı şəxs və mediator X7 arasında mediasiya prosesi nəticəsində bağlanmış 03 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00201 nömrəli barışıq sazişindən görünür ki, Tərəf 1 (Ərizəçi) və Tərəf 2 (Maraqlı şəxs) öz aralarında razılaşırlar ki, 07 iyun 2019-cu il tarixdə AZ-İİ NO 341327, 1259 №-li bağlanmış nikahlarını pozmadan aliment veriləcək. Tərəf 2 (Maraqlı şəxs) Tərəf 1 (Ərizəçi) ilə birgə nikahdan doğulmuş övladları 28 aprel 2020-ci il təvəllüdlü X3, 28 fevral 2023-cü il təvəllüdlü X1 və 16 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün 2025-ci ilin may ayının 1-dən etibarən, hər ayın 5-ə qədər hər uşaq üçün ayrılıqda 100 manat, ümumilikdə 300 manat aliment məbləğini 5411 2498 0227 9849 nömrəli hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəf 2 (Maraqlı şəxs) Tərəf 1 (Ərizəçi) qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi təqdirdə, Tərəf 1 (Ərizəçi) bununla bağlı məhkəməyə müraciət edəcək. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X7 arasında mediasiya prosesi nəticəsində 03 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00201 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan doğulmuş övladları 28 aprel 2020-ci il təvəllüdlü X3, 28 fevral 2023-cü il təvəllüdlü X1 və 16 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün 2025-ci ilin may ayının 1-dən etibarən, hər ayın 5-ə qədər hər uşaq üçün ayrılıqda 100 manat, ümumilikdə 300 manat aliment məbləğini 5411 2498 0227 9849 nömrəli hesabına ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X7 arasında mediasiya prosesi nəticəsində bağlanmış 03 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00201 nömrəli Barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X7 arasında mediasiya prosesi nəticəsində bağlanmış 03 aprel 2025-ci il tarixli, MŞB/20/2025-00201 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İkinci tərəf - Maraqlı şəxs birinci tərəf- Ərizəçi ilə birgə nikahdan doğulmuş övladları 28 aprel 2020-ci il təvəllüdlü X3, 28 fevral 2023-cü il təvəllüdlü X1 və 16 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün 2025-ci ilin may ayının 1-dən etibarən, hər ayın 5-ə qədər hər uşaq üçün ayrılıqda 100 manat, ümumilikdə 300 manat aliment məbləğini 5411 2498 0227 9849 nömrəli hesabına ödəməyi öz öhdəsinə götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova