Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5795/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Ərizəçi mərhum X1 övladıdır. Bəxtiyar Qarayev xx.xx.1952-ci il tarixdə Beyləqan şəhərində doğulmuşdur.
2. Bakı şəhəri Təcili və X5 Stansiyasının 7 saylı bölməsinin təcili tibbi tardım briqadasının həkimi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”nə əsasən xx.xx.2024-cü il tarixdə, saat 14:12 radələrində Bakı şəhəri, Şıxlı 39b1-9-27 ünvanında X2 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir.
3. Ərizəçi atasının ölümü haqqında tibbi şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli, 18-1-1-40/2-76/2024 saylı arayışla X3 6 nömrəli şəhər poliklinikası tərəfindən AR Səhiyyə Nazirliyinin 52 nömrəli əmrinə əsasən onlar tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin (106 nömrəli forma) verilməsindən, habelə 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-6xxxx/2024 saylı məktubu ilə ərizəçinin atasının ölümünün qeydə alınmasından imtina edilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi xx.xx.1952-ci il təvəllüdlü atası - X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, atası ürək xəstəliyindən əziyyət çəkirdi və xx.xx.2024-cü il tarixdə yaşadıqları ünvan 2 ünvanında rəhmətə getmişdir. Həmin vaxt növbətçi həkim çağırsalar da, həkim gələnədək atası artıq ölmüşdür. Növbətçi həkim bu barədə arayış verdi. Həmin arayışı 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə təqdim etsə də, ona məlum olmayan səbəbdən arayışı verməkdən imtina etdilər. Atası Beyləqan rayonu, Bahar qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirdi ki, ərizəçi onun bacısı oğludur. Ərizəçi ona əvvəlcədən demişdi ki, atasının vəziyyəti yaxşı deyil. xx.xx.2024-cü il tarixdə ərizəçinin anası zəng edərək bildirdi ki, Bəxtiyar vəziyyəti pisdir, onlar gedəndə artıq ölmüşdü, təcili tibbi yardım çağırdılar. Bəxtiyarın bədənində heç bir xəsarət izi yox idi. O, əvvəllər içki içirdi.
10. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, ərizəçinin qonşusudur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yuxarı qonşudan səs-küy eşidib, yuxarı mərtəbəyə çıxanda öyrəndi ki, Bəxtiyar ölüb.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
12. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
13. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
14. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
16. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X1 xx.xx.2024-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2024-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı