Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5799/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi, X1 iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum X9 1939-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, 2024-cü il tarixdə qəflətən yaşadıqları ünvanda vəfat etmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri “Beynəlmiləl Qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnaə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum atası Valeriy Pavloviçin adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 1939-cu il tarixdə doğulmuş atası X7 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək ölüm faktının müəyyən edilməsi ona miras əmlakın qəbulu üçün lazım olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AЗ seriyalı, 687073 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxx 1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X9, anası isə X4. İş materiallarında olan Təcili və X5 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 06 iyun 2024-cü il tarixdə X9 üçün çağırış edilmiş, həmin gün saat 09:47-də Bakı şəhəri, Xətai rayonu, Sarayev 14, 71 saylı mənzildə kişi cinsli meyit aşkar olunmuş, “Həkimə qədər ölüm” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZE seriyalı, 07378664 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 03 aprel 1939-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən Ərizəçi Valeryevnaya verilmiş 11 iyun 2024-cü il tarixli 02/S-473 nömrəli arayışdan görünür ki, atası X9 həqiqətən də, M.Əliyev küçəsi 1 saylı ünvanda yerləşən “Beynəlmiləl Qəbiristanlığı” nda dəfn olunmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 08 iyun 2024-cü il tarixli, 3-16-5/8-6xx-xx/2024 saylı məktublarından görünür ki, X9 ölümünün qeydə alınması ilə bağlı müraciətə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamənin olmamasını nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X10 şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X11 6 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 07 iyun 2024-cü il tarixli 18-1-1-40/2- 80/2024 nömrəli məktubdan görünür ki, Sarayev 14, m 75 ünvanında rəhmətə gedən mərhum xx.xx.1939-cu il təvəllüdlü X8 poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında sənəd (f-a-106) verilə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 03 aprel 1939-cu il təvəllüdlü X8 06 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və ərizə təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 03 aprel 1939-cu il təvəllüdlü X8 06 iyun 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5799/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5799/2024
09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver