Məhkəmə qərarları › İş №2(011)-5807/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5807/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5807/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-yə qarşı “əmlakın qanuni sahibliyinə qaytarılması və pul tələbi”nə dair ilkin iddia ərizəsi və "xxxx" MMC-nin İddiaçı və X2 qarşı “pul tələbi”nə dair qarşılqılı iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti b 14 (yeni qaydalarla 8A) ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (Gül dükanının) cavabdeh "xxxx" MMC-nin istifadəsindən qeyd-şərtsiz geri alınaraq həmin sahənin iddiaçının qanuni sahibliyinə qaytarılması (sahənin boşaldılması), həmin sahə üzərində onun mükliyyət hüququnun qeydə alındığı vaxtdan hesablanmaqla sahədən faktiki istifadə etdiyi aylara görə cavabdehdən hər ay üzrə 6000 manat aylıq icarə haqlarının və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23.07.2021-ci il tarixli məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi təqdim edərək cavabdehlər İddiaçı və X1 150000 manat məbləğində pulun müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 28.07.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki iş üzrə mübahisə tərəflər arasında məhkəmədən kənar həll edildiyindən mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək hazırkı mülki iş üzrə mübahisə tərəflər arasında məhkəmədən kənar həll edildiyindən mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Vəkil1 izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılqılı iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri üzrə hər iki tərəf iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizə verdiyindən və qarşı tərəf işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiklərindən ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-yə qarşı “əmlakın qanuni sahibliyinə qaytarılması və pul tələbi”nə dair ilkin iddia ərizəsi və "xxxx" MMC-nin İddiaçı və X2 qarşı “pul tələbi”nə dair qarşılqılı iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar