Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5813/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1 dekabr 1951-ci ildə anadan olmuş anası X1 12 iyun 2023-cü il tarixində Bakı şəhəri, Xətai rayonunda ölməsinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5, Azərbaycan Respublikası Ağdam rayonu, Gülablı kəndində 1 dekabr 1951-ci il tarixində anadan olmuşdur. O, 12 iyun 2023-cü il tarixdə qəflətən yaşadıqları Xətai rayon, S.Vəzirov küçəsi-27 ünvanında vəfat etmişdir. Həmin zaman TTYS-na çağırış edilmişdir. Onun vəfatından sonra növbəti gün Bakı şəhəri, Əhmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum anası X5 adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X6 oğlu ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası qızıdır. Yay aylarında ona demişdilər ki, ərizəçinin anası rəhmətə gedib. X10 çağırılmışdır. O, dəfn mərasimində şəxsən iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası qızıdır. Təqribi iyun ayında ərizəçi Ləman xanımın qışqırığını eşitmişdir, yaxınlaşdıqda ona məlum olmuşdur ki, ərizəçinin anası rəhmətə getmişdir. Həmin vaxt ərizəçinin anası yataqda idi. Sonuncunun dəfn mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-N-15-898 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Sahiyyə Mərkəzi” X11 “38 nömrəli Şəhər Poliklinikası” tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli məktubundan görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Sahiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1951-ci il təvəllüdlü X3 tərəflərindən ölüm haqqında sənəd (forma-106) verilə bilmir. İş materiallarına əlavə olunmuş Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2023-cü ildə vəfat etmişdir və Əhmədli kənd qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi anası 1951-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, 1951-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. 1 dekabr 1951-ci il təvəllüdlü X2 xx.xx.2023-ci il tarixdə Bakı şəhəri Xətai rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5813/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5813/2023
01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver