Məhkəmə qərarları › İş №2(011)-5816/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5816/2023

20.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5816/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunmasına” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 794.80 manat məbləğində pul və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 21 fevral 2020-ci il tarixli MAS-2173 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 08 fevral 2023-cü il tarixli 2(011)-805/2023 saylı qətnaməsi ilə (hakim Ə.Abbasova) İddiaçı MMC- nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1351.62 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD" markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən inzibati xəta ilə əlaqədar AR X2 və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimə olunmuşdurlar. Bu faktı DYPİ-nin və BNA-nın elektron portaldan alınmış çıxarış təsdiq edir. X2 və BNA tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: EQ 10715416 saylı protokola görə 80 manat; EQ 10715408 saylı protokola görə 80 manat; EQ 10715402 saylı protokola görə 80 manat; EQ 10715381 saylı protokola görə 16 manat; EQ 10715378 saylı protokola görə 64 manat; EQ 10715377 sayli protokola görə 64 manat; EQ ******* saylı protokola görə 26.8 manat; EQ 10715375 saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 794.80 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. İddiaçı bildirir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli və mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X1 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Tərəflərin izahatları: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə iştirakları olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2020-ci il tarixli MAS-2173 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən lizinq verən müqavilənin predmeti olan avtomobili lizinq alanın sahiblik və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-805/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə iddiası qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020- ci il tarixli, MAS-2173 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 575.26 manat gecikdirilmiş əsas, 190.39 manat gecikdirilmiş mükafat pulu, 40 manat dəbbə pulu, ümumilikdə 805.65 manat borc pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, “Khazar SD" minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 510 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarınada olan xx.xx.2023-cü il tarixli, 1459 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki. “Azərmaş MMC tərəfindən ödənilmiş AR DYP- nin cərimələrinə görə 794.80 manat məbləğində pulun ödənilməsi, əks təqdirdə həmin pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, EQ 10715416 saylı protokola görə 80 manat; EQ 10715408 saylı protokola görə 80 manat; EQ 10715402 saylı protokola görə 80 manat; EQ 10715381 saylı protokola görə 16 manat; EQ 10715378 saylı protokola görə 64 manat; EQ 10715377 sayli protokola görə 64 manat; EQ ******* saylı protokola görə 26.8 manat; EQ 10715375 saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 64 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat; BNA ******* saylı protokola görə 32 manat cərimə məbləğləri "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-ə və Bakı Nəqliyyat Agentliyinə ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli. ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21,2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti ( nəqliyyat vasitələrindən. mexanizmlərindən istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s nəticəsində mülki hüquq pozuntusu törətmiş və fiziki hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Məhkəmənin mövqeyi: Məhkəmə müki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2173 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə 2020-ci il buraxılışlı, “Khazar SD” markalı. **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. İnzibati xəta haqqında protokollara görə AR DYP-nin və BNA-nın cərimələrinə görə 794.80 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, İnzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 794.80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC –nin xeyrinə ödənilməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 119.1-ci maddəsinə əsasə məkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 794.80 (yeddi yüz doxsan dörd manat, səksən qəpik) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı MMC–nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar