Məhkəmə qərarları › İş №2(011)-5884/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5884/2024

03.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5884/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Bakı şəhəri 20 saylı Mediasiya Təşkilatında xx.xx.2024 tarixdə aralarında bağlanmış barışıq sazişinin təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə birgə nikahda olmuş, nikahları Xətai Rayon Məhkəməsinin məlum qətnaməsi ilə pozulmuşdur. Azyaşlı uşaq onun himayəsindədir. Uşağa ərizəçi baxır. Məhkəmənin digər qətnaməsi ilə, yəni 2(011)-993- 2020 saylı qətnaməsi ilə alimetin miqdarı artırılaraq 160 manat müəyyən edilmişdir. Ərizəçi alimentin artırılması üçün mediasiyaya müraciət etmişdir. Maraqlı şəxs Bakı şəhər 20 saylı Mediasiya Təşkilatına gələrək ərizəçi ilə razılaşmış və 235 manat alimentin verilməsinə razılıq vermişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 aprel 2024-cü il tarixli, MŞB/20/2024-00080 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Qəribov X2 Vəfa Fərman qızı qızı ilə birgə nikahından doğulan övladı X3 üçün hər ayın 10-a qədər 235 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində 09 aprel 2024-cü il tarixli, MŞB/20/2024-00080 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə Qəribov X2 Vəfa Fərman qızı ilə birgə nikahından doğulan övladı X3 üçün hər ayın 10-a qədər 235 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində 09 aprel 2024-cü il tarixli, MŞB/20/2024-00080 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X1 arasında mediasiya prosesi nəticəsində 09 aprel 2024-cü il tarixli, MŞB/20/2024-00080 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. "İkinci tərəf" Maraqlı şəxs birinci tərəf Ərizəçi ilə birgə nikahından doğulan övladı X3 üçün hər ayın 10-a qədər 235 manat məbləğində aliment ödəməyi öhdəsinə götürür.

Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar