Məhkəmə qərarları › İş №2(011)-5917/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5917/2022

12.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5917/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və X7 arasında bağlanmış 05 mart 2022-ci il tarixli Barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi, barışıq sazişinin bağlandığı tarixdən ümumilikdə ödənilməli olan 2316 manat aliment məbləğinin və 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, və Maraqlı şəxs arasında bağlanmış nikahdan 16 mart 2010-cu il təvəllüdlü X9 və 23 avqust 2013-cü il təvəllüdlü X4 dünyaya gəlmişdirlər. 2015-ci ildə Nizami Rayon Məhkəməsi tərəfindən o, və Maraqlı şəxs arasında olan nikahın ləğv edilməsi və birgə nikahdan olan hər uşağa görə aliment məbləğinin 110 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilmişdir. Lakin maraqlı şəxs aliment məbləğini gecikdirərək, qeyri-müntəzəm şəkildə məbləği tam ödəməyərək qətnaməni lazımınca icra etməmişdir. Bundan başqa, o, uşaqların böyüdülməsində, inkişafında, təhsil və tərbiyəsinin verilməsində valideynlik vəzifələrini yerinə yetirməmişdir. Uşaqlar böyüdükcə onlara çəkiləcək xərclərin həmçinin yaşayış minimumunun ölkədə ilbəil artmasını nəzərə alaraq, o, maraqlı şəxsə hər bir uşağa görə “2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa uyğun olaraq, 193 manat məbləğində aliment ödənilməsini mediasiya vasitəsilə təklif etmişdir. Maraqlı şəxs mediasiya prosesində təyin olunan vaxtlarda iştirak etməyərək onun həyata keçirilməsini ləngitmiş, lakin nəticə etibarilə hər uşağa görə 193 manat məbləğində aliment ödənilməsini qəbul etmişdir. Bununla bağlı 05 mart 2022-ci il tarixində keçmiş mediator X1 iştirakı ilə o, Maraqlı şəxs arasında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtləri bölməsinin 2.1-ci maddəsinə görə xx.xx.2022-ci il tarixdən etibarən Maraqlı şəxs tərəfindən uşaqlar yetkinlik yaşına çatanadək ona, yəni Ərizəçi Cəfər qızına ödənilməli olan aliment məbləği hər uşağa görə 193 manat təşkil edəcəkdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək hazırki tarixədək heç bir aliment məbləği ödənişini etməmişdir. Bu səbəbdən barışıq sazişində nəzərdə tutulan tarixdən, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumilikdə ödənilməli olan 2316 manat aliment məbləğinin ona ödənilməsi və barışıq sazişinin məcburi icrasının təmin edilməsi üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında barışıq sazişinin imzalanmasından 6 ay keçməsinə baxmayaraq, maraqlı şəxs orada göstərilən şərtləri icra etməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi izahatında qeyd etmişdir ki, X7 barışıq sazişini icra etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 mart 2022-ci il tarixli, MŞB/5-00975 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla Maraqlı şəxs tərəfindən tərəflərin birgə nikahlarından 16 mart 2010-cu ildə dünyaya gəlmiş X5 və 23 avqust 2013-cü ildə dünyaya gəlmiş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi ödənilən alimentin məbləğinin xx.xx.2022-ci ildən hər uşağa görə 193 manat müəyyən olunması barədə razılığa gəlmişlər. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X2 arasında mediasiya prosesi nəticəsində 05 mart 2022-ci il tarixli, MŞB/5-00975 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla Maraqlı şəxs tərəfindən tərəflərin birgə nikahlarından 16 mart 2010-cu ildə dünyaya gəlmiş X5 və 23 avqust 2013-cü ildə dünyaya gəlmiş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi ödənilən alimentin məbləğinin xx.xx.2022-ci ildən hər uşağa görə 193 manat müəyyən olunması barədə razılığa gəlmişlər, Maraqlı şəxs Qüreyiş oğlu öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq ərizəçi X8 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi, Maraqlı şəxs Qüreyiş oğlu və mediator X2 arasında mediasiya prosesi nəticəsində 05 mart 2022-ci il tarixli, MŞB/5-00975 nömrəli Barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs Qüreyiş oğlu və mediator X2 arasında mediasiya prosesi nəticəsində 05 mart 2022-ci il tarixli, MŞB/5-00975 nömrəli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər : Ərizəçi (bundan sonra birinci tərəf) və Maraqlı şəxs Qüreyiş oğlu (bundan sonra ikinci tərəf) aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, həmçinin adı aşağıda qeyd edilən mediasiya reyetsrində (M-00166) nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 (bundan sonra “Mediator”) iştirakı ilə aşağıdakı şərtlər barədə bu Sazişi imzaladılar: Maddə 1. Mübahisənin qısa təsviri Mübahisənin predmeti – alimentin artırılması barədə Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər sazişi imzalamaqla Maraqlı şəxs Qüreyiş oğlu tərəfindən tərəflərin birgə nikahlarından 16 mart 2010-cu ildə dünyaya gəlmiş X5 və 23 avqust 2013-cü ildə dünyaya gəlmiş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ərizəçi ödənilən alimentin məbləğinin xx.xx.2022-ci ildən hər uşağa görə 193 manat müəyyən olunması barədə razılığa gəlirlər. 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Saziş könüllü icra ediləcəkdir. Sazişin könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görəmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.4. Əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 2.5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar