Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5950/2025 15.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Səmədov Söhrab Azər oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölümün qeyd edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 aprel 1973-cü il tarixdə doğulmuş, doğumu Sabunçu rayon Qeydiyyat şöbəsində 19 may 1973-cü ildə 363 saylı akt qeydi ilə qeydə alınmış X9 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 1973-cü il tarixdə doğulmuş, doğumu Sabunçu rayon Qeydiyyat şöbəsində 19 may 1973-cü ildə 363 saylı akt qeydi ilə qeydə alınmış X9 20 yanvar 2002-ci il tarixdə ölməsinin qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı - X17 tərəfindən 23 fevral 2019-cu il tarixli (saat 15:20-də tərtib olunmuş) vəsiyyətnamə ilə sonuncuya məxsus bütün daşmar və daşınmaz əmlak ünvan 1 ünvanında qeydiyyatda olan bacısı Ərizəçi vəsiyyət edilmişdir. X17 14 yanvar 2025-ci il tarixində vəfat etmişdir. Ərizəçi tərəfindən vərəsəlik şəhadətnaməsinin alınması üçün ünvan 2 müraciət edilmişdir. Məlum olduğu kimi, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu səbəbdən, ərizəçiyə vərəsəlik şəhadətnaməsinin təqdim edilməsi üçün mərhum X11 ailə tərkibi barədə məlumatların əldə olunması məqsədilə, Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən 18 fevral 2025-ci il tarixli, 47 saylı sorğu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edilmiş və mərhumun ailə tərkibi barədə məlumatların təqdim olunması xahiş edilmişdir. Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən göndərilmiş cavab məktubunda qeyd olunmuşdur ki, X17 30 avqust 1972-ci il tarixdə X8 (sonradan Orucova soyadını qəbul etmiş) ilə nikaha daxil olmuşdur. Nikah Maraqlı şəxsndə 365 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. 12 iyul 2018-ci ildə ölmüş X4 ölümü 16 iyul 2018-ci il tarixində 4 saylı Bakı “ASAN xidmə”t mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Mərhumun atası - X13 29 sentyabr 1978-ci il tarixində vəfat etmiş, anası - X6 isə 28 avqsut 1989-cu il tarixində vəfat etmişdir. Hər iki ölüm faktı Sabunçu Rayon Bakıxanov qəsəbəsi üzrə qeydiyyat orqanlarında akt qeydləri ilə təsdiqlənmişdir. Bundan əlavə, məlum olmuşdur ki, X11 29 aprel 1973-cü il tarixdə doğulmuş oğlu X9 doğumu Sabunçu Rayon Qeydiyyat Şöbəsində 19 may 1973-cü il tarixli, 363 saylı akt qeydi ilə qeydə alınmışdır. Lakin həmin şəxsin ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış X2 yoxlama aparılmış, bu barədə heç bir məlumat aşkar edilməmişdir. Ərizəçinin vəkili tərəfindən 17 mart 2025-ci il tarixli vəkil sorğusu ilə Sabunçu Rayon Qeydiyyat Şöbəsinə yenidən müraciət edilərək, Vitaliy Orucovun doğum və ölüm haqqında şəhadətnamələrinin surətlərinin təqdim edilməsi xahiş olunmuş, Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 aprel 2025-ci il tarixli, 3-15-5/8-16-310/25 saylı cavab məktubu ilə Vitaliy Orucovun doğumunun qeydə alındığı, lakin ölümünə dair heç bir qeyd olmadığı bildirilmişdir. Ərizəçi xalası - Sveta xanım tərəfindən 20 yanvar 2002-ci il tarixində telefon vasitəsilə məlumatlandırılmışdır ki, Vitaliy Orucov vəfat etmiş və Rusiya Federasiyasının Sankt- Peterburq şəhərinin Vıbork vilayətində dəfn edilmişdir. Ərizəçi və onun qardaşı Qeysud Orucov təsdiq edirlər ki, onun yas mərasimində atası Orucov Edik və anası X5 iştirak etmişdir. Ərizəçinin və ya vəkilinin Rusiya Federasiyasından rəsmi ölüm sənədi almaq imkanının olmaması səbəbindən bu faktın yalnız məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Əlavə olaraq, ərizəçi bu faktı təsdiq edə biləcək şahidləri - qardaşı, bibisi və digər qohumların məhkəmə iclasında dindirilməsinin mümkünlüyünü vurğulayır. X9 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tam və şəffaf şəkildə həyata keçirilməsi, vəsiyyət olunan daşınmaz əşyaya dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasının mümkünlüyü, mirasda məcburi pay hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən olunması, vəsiyyətin icrası və mülki hüquq münasibətlərinin hüquqi sabitliyinin təmin edilməsi baxımından zəruridir. Bütün yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Vitaliy Orucovun müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının hüquqi əhəmiyyət kəsb etdiyi üçün məhkəmə qaydasında müəyyən olunması zərurəti yaranmışdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 957552 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 iyul 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İ-ЖГ seriyalı, 448744 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 sentyabr 1978-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. АЗ seriyalı, 275327 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Orucova (Babiç) Valentina Alekseyevna 30 avqust 1972-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 365 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İV- ЖГ seriyalı, 251833 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28 avqust 1989-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 474243 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 14 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Qedyiyyat şöbəsi tərəfindən ünvan 2 ünvanlanmış 14 mart 2025-ci il tarixli, 3-16-5/8-12-204/2025 saylı məktubun surətindən görünür ki, Maraqlı şəxsndə 18 fevral 2025-ci il tarixli 47 saylı sorğuya cavab olaraq 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2025-ci il tarixdə 46 saylı aktla ölümü qeydə alınmış, 14 yanvar 2025-ci il tarixdə ölmüş 24 noyabr 1941-ci il təvəllüdlü X11 ailə tərkibi barədə məlumatların müəyyənləşdirilməsi ilə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış X2 15 mart 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə müvafiq yoxlama aparılmışdır. X11 həmin yoxlamaya əsasən 09 may 1941-ci il təvəllüdlü Babiş (evlənəndən sonra Orucova soyadına keçmişdir) Valentina Alekseyevna ilə 30 avqust 1972-ci il tarixdə Maraqlı şəxsndə qeydə alınmış 365 saylı nikah akt qeydi aşkar edilmişdir. 12 iyun 2018-ci ildə ölmüş X3 ölümü 16 iyul 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır. Oğlu – 29 aprel 1973-cü il tarixdə doğulmuş X9 doğumu Sabunçu rayon qeydiyyat şöbəsində 19 may 1973-cü ildə 363 saylı akt qeydi ilə qeydə alınmışdır. Atası- 1912-ci il təvəllüdlü 29 sentyabr 1978-ci il tarixdə ölmüş X7 doğumu Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyində 29 sentyabr 1978-ci il tarixdə 240 saylı ölüm haqqında akt qeydi ilə qeydə alınmışdır. Anası – 21 mart 1912-ci il təvəllüdlü 28 avqust 1989-cu ildə ölmüş X1 ölümü Bakı şəhəri Sabunçu rayon Bakıxanov qəsəbə icra nümayəndəliyində 04 sentyabr 1989-cu il tarixdə 548 saylı ölüm akt qeydi ilə qeydə alınmışdır. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş 23 fevral 2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Ərizəçi vəsiyyət etmişdir. Maraqlı şəxs tərəfindən 04 aprel 2025-ci il tarixli, 3-16-5/8-16-310/25 saylı məktubun surətindən görünür ki, X9 19 may 1973-cü il tarixli 363 saylı doğumu Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmışdır və həmin şəxsin ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış X2 yoxlama aparılmış haqqında heç bir məlumat aşkar edilməmişdir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi bildirilmişdir. Qəbiristanlıqdan olan fotoşəkildən müəyyən edilir ki, X15 20 yanvar 2002-ci il tarixdə vəfat etmişdir. X10 rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ВО seriyalı, 521947 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 29 aprel 1973-cü il təvəllüdlü X15 20 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad Vilayətində vəfat etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1 şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi vəfat etmiş X11 övladı 29 aprel 1973-cü il təvəllüdlü X15 20 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad Vilayətində ölümünün qeyd edilməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, 29 aprel 1973-cü il təvəllüdlü X15 20 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad Vilayətində ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq 100 manat; Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsum ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 29 aprel 1973-cü il təvəllüdlü X15 20 yanvar 2002-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad Vilayətində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. X9 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5950/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5950/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver