Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5975/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil, Digər Maraqlı şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi MMC-nin “barışıq sazişinin tədiq edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi MMC xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs1 ilə Ərizəçi MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D095 və D096 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün Ərizəçi MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiasiyası nəticəsində Maraqlı şəxs1 və zamin adlanan Maraqlı şəxs2 MMC ilə xx.xx.2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixli D095 saylı daxili lizinq müqaviləsi və xx.xx.2021-ci il tarixli D096 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər Borclunun və Zaminin ümumi ödəməli olduğu 35344 manat ilkin ödəniş edildikdən sonra ümumi borc 284392 manat olmaqla xx.xx.2022-ci il tarixə qədər vaxt verilir. Ərizəçinin nümayəndəsi X2 məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni qəbul edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Digər Maraqlı şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz edərək, izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixli əmrlə Maraqlı şəxs2 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir və Mustafa Korkmazın sözügedən barışıq sazişini imzalamaq hüququ olmamışdır. Məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tələbkar Ərizəçi MMC, borclu Maraqlı şəxs1 və zamin Maraqlı şəxs2 MMC arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Maraqlı şəxs2 MMC-nin nümayəndəsi Korkmaz Mustafa tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Maraqlı şəxs2 MMC-nin 343/A saylı əmri ilə Nümayəndə Noruz oğlu xx.xx.2022-ci il tarixdən MMC-nin “direktor”u vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, tərəflər arasında barışıq sazişi bağlanarkən X4 Maraqlı şəxs2 MMC-nin adından barışıq sazişi imzalamaq üçün səlahiyyətli olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 33.2-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanarkən X4 Maraqlı şəxs2 MMC-nin adından barışıq sazişini imzalamaq üçün səlahiyyətli olmadığından, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Tələbkar Ərizəçi MMC, borclu Maraqlı şəxs1 və zamin Maraqlı şəxs2 MMC arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-5975/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5975/2022
29.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver