Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6032/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. X8 xx.xx.1955-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur. Ərizəçilər X2 bacılarıdır.
2. Bakı şəhəri Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində ünvan 1 ünvanında X3 meyidinin (həkimə qədər ölüm) aşkar edilməsi qeyd edilmişdir.
3. AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 46 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixdə, 210 nömrəli arayış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs isə xx.xx.2023-cü il tarixli məktub əsasında ərizəçilərin bacılarının ölümünün qeydə alınmasından imtina etmişdir.
4. Həmçinin, Bakı şəhəri Surxanı rayon Zığ Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli X1 Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında dəfn olunması göstərilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
5. Ərizəçilər məhum bacıları xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ölümünü qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçilər ərizəsində qeyd etmişdir ki, bacılarının vəziyyəti ağırlaşakən dərhal Təcili və X7 Stansiyasına müraciət etsələr də, onlar gələnədək bacıları ölmüşdür. Ona görə də Təcili və X7 Stansiyasının 17 saylı təcili yardım biriqadası tərəfindən bacılarının xx.xx.2023-cü il tarxdə ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Bacıları xx.xx.2023-cü il tarxdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin verilməsinə dair müraciət etsə də, “Bakı Baş Səhiyyə” PHŞ 46 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixdə verdiyi cavab məktubu ilə bacısının 46 nömrəli şəhər poliklinikasında qeydiyyatı olmadığı üçün bundan imitna edilmişdir. Bundan sonra, ölüm haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, yenə də imtina edilmişdir. Bacısının ölüm haqqında şəhadətnaməsini almadan qanunla müəyyən edilmiş bir sıra hərəkətlərin yerinə yetirilməsi mümkün deyil.
Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi2 məhkəmədə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdilər.
9. Maraqlı şəxs Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon qeydiyyat Şöbəsi və digər ərizəçi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi və digər ərizəçi məhkəməyə gəlməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər.
10. Məhkəmə iclasında şahid Naiq Məmmədov izahat verərək bildirdi ki, ərizəçinin bacısı oğlu, mərhum Zamina Mamedovanın oğludur. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi və qardaşı ilə birlikdə yaşayırdı. Anası xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onu Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur.
11. Məhkəmə iclasında şahid Faiq Məmmədov izahat verərək bildirdi ki, mərhum Zamina Mamedovanın oğludur. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi və qardaşı ilə birlikdə yaşayırdı. Anası xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onu Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
13. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
14. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”
15. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizəçinin, onun vəkili və nümayəndəsinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
17. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X4 xx.xx.2023-cü il tarixində ölməsi faktı tam sübuta yetirilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
19. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.2023-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X3 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı